Sosial şəbəkədə iki bacını şantaj edən şəxs: Lüt şəkillərinizi yayacağam
Bakıda iki bacı şantaja məruz qalıb.
Cümhuriyyət.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə bacılar polisə məlumat veriblər.
1980-ci il təvəllüdlü Ş.Yunusova deyib ki, özünü İbrahim kimi təqdim edən şəxs son bir neçə gün ərzində dəfələrlə zəng edərək onun və bacısı, 1978-ci il təvəllüdlü X.Yunusovanın çılpaq şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.
Zəng edən şəxs onlardan bunu etməməsi müqabilində 50 min manat tələb edib.
Həmçinin deyib ki, əgər pulu verməsə və bu barədə polisə desə, onların hər ikisini öldürəcək.
Araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=41917