Kredit borcları silinəcəkmi? – VİDEO

01.12.2015 - 00:11

bank1-300x203Bir neçə aydır ki, insanlar arasında kredit borclarının silinəcəyinə dair şayələr gəzir. Hətta bu xəbərlərdən ümidlənərək kredit borclarını ödəməkdən imtina edən vətəndaşlar da var. İqtisadçılar isə belə təkliflərin populizm xarakteri daşıdığını və indiki şəraitdə belə bir addımın atılmasının real olmadığını vurğulayırlar.

Cumhuriyyet.az xezerxeber.com-a istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, indiki vəziyyətdə kredit borclarının silinməsi real deyil. Çünki bu addım bankların iqtisadi vəziyyətini çətinləşdirə və bu da öz növbəsində, ölkə iqtisadiyyatına birbaşa ciddi mənfi təsir edə bilər.

Mütəxəssislər deyirlər ki, bu təklifdən ümidlənən bəzi vətəndaşlar kreditlərini ödəmirlər. Nəticədə həmin şəxslər bankların problemli müştərilər siyahısına düşürlər ki, bu isə onların yenidən kredit götürmələrində problem yarada bilər.

Bankların kredit borclarını silinməsi növbəti illərdə ölkədə kreditə tələbatın artmasına, eyni zamanda kredit ödəmə mədəniyyətinin aşağı düşməsinə gətirib çıxara bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=42053

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31