Nardaranda meyitlər sahiblərinə verildi – Ətraf kəndlərdə şagirdlər məktəblərdən evə buraxıldı

01.12.2015 - 12:06

nardaran7Noyabrın 26-da Nardaran hadisələrində ölənlərin meyitləri gecə saatlarında ailələrinə təhvil verilib.

Bu haqda məlumatı “Turan İA”ya Maştağa sakinləri bildirib.

Dekabrın 1-də Nardaranda dəfn gözlənilir. Bu səbəbdən kəndin giriş-çıxışında patrul qüvvəsi artırılıb. Mənbə qeyd edib ki, bununla yanaşı bu gecədən Maştağa qəsəbəsinə maşınla giriş qadağan edilib.

Xəbər verdiyimiz kimi, bu gün Bakının Nardaran qəsəbəsində Prezident İlham Əliyevin nəzarəti ilə xüsusi əməliyyat keçirilir.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Eyni zamanda bildirilir ki, xüsusi əməliyyatı həyata keçirən qüvvələrə müqavimət göstərən, silahlı və ya silah qismində əşyalarla hücum edən, ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verən şəxslər haqqında qanun çərçivəsində dərhal ən ciddi tədbirlər görüləcək.

Bu əməliyyatla əlaqədar Nardaran ətrafı kəndlərdə, xüsusən də Maştağa qəsəbəsində təhlükəsizlik tədbirləri gücləndirilib. Şagirdlər məktəblərdən evə buraxılıb.

Çox güman ki, ətraf kəndlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb, Nardaranda baş verə biləcək hər hansı bir təxribatla əlaqədardır.

Short URL: http://www.cumhuriyyet.net/?p=42157

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31