Nardarana qazın verilişi bərpa edilir – “Azəriqaz”

01.12.2015 - 13:22

azerisiqNardaran qəsəbəsinin əhalisinin “Azəriqaz” İstehsalat Birliyinə borcu var. Keçən il də onlarla böyük problem yaşadıq. Onların müraciəti ilə qəsəbəyə yeni sayğaclar quraşdırdıq. Nardarana əvvəllər bir tərəfdən qaz verilirdisə, indi üç tərəfdən qazla təmin etdik.

“Report” xəbər verir ki, bu barədə İstehsalat Birliyinin sədri Əkbər Hacıyev jurnalistlərə bildirib.

“Qəsəbəyə smart tipli sayğaclar quraşdırırıq. Bu sayğaclarda belə funksiya var ki, hər ödənişdə 30% köhnə borc, 70% yeni borc ödənilir. Sakinlər 1-2 il ərzində köhnə borclarını ödəyə bilərlər”, – Ə.Hacıyev deyib.

O qeyd edib ki, dünəndən işçilər evlərdə bir-bir qazı bərpa edirlər: “Müqavilələr bağlanılır, hər biri razılaşdığı təqdirdə onların qaz təminatını açacağıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42191

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31