Şok iddia! Övladı fərari olan general

01.12.2015 - 22:58

arzu rəhimovSəfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun öz işinin öhdəsindən layiqincə gələ bilməməsi, ölkənin səfərbərlik sistemində yaranan problemlərlə bağlı məqalə diqqətinizə təqdim edilmişdi. Bu faktlar oxucuların da marağına səbəb olub. Belə ki, bununla bağlı oxuculardan biri hətta maraqlı bir ittihamda da bulunub. Oxucumuzun yazdıqlarını dia.az olaraq təqdim edilir:

“Arzu Rəhimov heç vaxt səfərbərlik sistemində peşəkar hesab olunmayıb və oluna da bilməz. Olmayacaq da. Çünki gələn gündən ona göstərilən etimadı doğrultmaq əvəzinə başı pul qazanmağa qarışdı. Bu gün Arzu Rəhimovun 3 milyonluq villası var. Sürücüsü milyonluq cinayət işinə görə ələ keçir. Dövlətin bu sistemə ayırdığı pullar Arzu Rəhimovun şəxsi büdcəsi kimi xərclənir.

Arzu Rəhimov anlamır ki, müharibə şəraitində olan bir ölkənin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisidir. Yəni burada ani bir yanlışı cəbhə xəttində, düşmənlə üz-üzə hiss edə bilərik və edirik də. Onun bəlasıdır ki, Arzu Rəhimov orduya hələ də yararsızları cəlb edir. Əvəzində isə onun yaxınları, doğmaları, hətta öz övladı belə ordudan yayındırılır. Bu gün Arzu Rəhimov artıq 2 ildir ki, ordudan yayındırdığı oğlu Myurad Rəhimovu səfərbər edə bilmir. Beləsi Azərbaycanın qeyrətli oğullarını necə səfərbər edəcək?

Arzu Rəhimov hələ də bilmir ki, hansı mühüm postda oturub. Ona səhv buraxmaq olmaz. Amma maləsəf, bu səhvlər bir deyil, iki deyil”…\dia.az\

Short URL: http://www.cumhuriyyet.net/?p=42306

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31