Nardarandan ən son görüntülər – VİDEO

01.12.2015 - 23:42

rr“Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyat davam etdirilir”. Bunu AzTV-yə açıqlamasında Daxili Qoşunların komandanı Şahin Məmmədov bildirib. O, Nardaran qəsəbəsində ictimai asayişin, təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlərin icra ediləcəyini deyib.

“Nardaran qəsəbəsində baş vermiş məlum hadisələrlə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Daxili İşlər Nazirinin müvafiq əmrinə əsasən, xüsusi əməliyyatın keçirilməsi üçün tədbirlər planı hazırlanıb və həmin tədbirlər planının icrasının təmin edilməsi məqsədilə polis orqanlarının, o cümlədən Daxili Qoşunların şəxsi heyəti xüsusi əməliyyat tədbirlərinin keçirilməsinə başlayıb. Xüsusi əməliyyat tədbirləri bu gün səhər saatlarında başlayıb və gün ərzində uğurla davam etdirilib. Xüsusi əməliyyat tədbirləri müvafiq göstərişin icrası tam təmin olunana qədər davam etdiriləcək. Nardaran qəsəbəsində ictimai asayişin, təhlükəsizliyin təmin olunması istiqamətində bütün tədbirlərin icrası təmin olunacaq”, deyə Şahin Məmmədov qeyd edib.

Şahin Məmmədov bütün hallarda əməliyyata cəlb edilən şəxsi heyət qəflətən qarşıya çıxa biləcək tapşırıqların icrasına hazır olduğunu da vurğulayıb: “Qəsəbənin ərazisinə giriş-çıxış, buraxılış rejiminə vətəndaşlarımız tərəfindən də riayət olunur, o cümlədən müvafiq qurumların cəlb olunması ilə xüsusi əməliyyatların keçirilməsi davam etdirilir”

Short URL: http://www.cumhuriyyet.net/?p=42318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31