Test imtahanlarında unikal yenilik: variantlar ləğv olunur – VİDEO

02.12.2015 - 00:47

imtahan2Ali məktəblərə qəbul imtahanlarında yenilik ola bilər. Söhbət test tapşırıqlarının hazırlanması qaydalarından gedir. Belə ki, hazırda abituriyentlər cavabları bir-birlərindən köçürməsin deyə test kitabçaları variantlar üzrə hazırlanır. Ancaq bundan sonra variantlar ümumiyyətlə ləğv oluna bilər. Buna yeni qurulan çap sistemi imkan verir.

“Xəzər Xəbər” bildirir ki, imtahanlarda variant üsulu ləğv edilə bilər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həm buraxılış, həm də qəbul imtahanlarının sual kitabçaları yeni sistemlə çap etdirəcək. Yeni çap prosesində insan faktoru tamamilə aradan qaldırılıb. Sual kitabçaları çap olunur, zallar üzrə paketlənir və binalar üzrə qutulara yığılır. Sistem avtomoatik işləyir, hətta suallar və cavablar da avtomatik yer dəyişdirə bilər. Bu o deməkdir ki, yeni sistemdə bu variantlara ehtiyac qalmır.

Bu isə zallarda köçürmə ehtimalını minimuma endirəcək. Yeni sistemlə çap olunan sual kitabçalarında eyni zamanda abituriyentlər haqqında açıq və kodlaşdırılmış məlumat öz əksini tapır. Bu isə yazılı tapşırıqların tədbiqinə imkan verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=42327

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31