Bakı metrosunda təhlükəsizlik bir az da gücləndirildi

02.12.2015 - 11:42

metro2Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında xüsusi yoxlama keçidi quraşdırılıb.

Cümhuriyyət.az modern.az-a istinadən xəbər verir ki, “20 yanvar” stansiyasına daxil olan sərnişinlər bundan sonra təkcə polislərin detektorları ilə yoxlaılmayacaq, həm də xüsusi yoxlama keçidlərindən keçməli olacaqlar.

Metrostansiyadakı mühafizə polisləri əməkdaşımıza deyiblər ki, xüsusi aparat təzə gətirilib və onun qurulmasında məqsəd hamını deyil, daha çox şübhə doğuran şəxsləri yoxlamaq, təhlükəli hesab olunan əşyaları aşkarlamaqdır.

Bu cür xüsusi keçid ötən gecə “28 May” və “Koroğlu” stansiyalarının girişində də quraşdırılıb.

Bakı Metropoliteninin digər stansiyalarında da belə aparatların qoyulacağı gözlənilir.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, bu təhlükəsizlik tədbirlərinin gücləndirilməsilə bağlıdır:

“Metropoliten kütləvi sərnişindaşıma ilə məşğul olan ictimai nəqliyyat vasitəsidir. Bizim işimiz sərnişinləri rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırmaqdır. Biz sərnişinlərin təhlükəsizliyinin təmin olunması istiqamətində lazım olan bütün tədbirləri görürük və bundan sonra da görməyə davam edəcəyik”.

Qeyd edək ki, dünəndən Bakının Nardaran qəsəbəsində həyata keçirilən təhlükəsizlik tədbirlərilə yanaşı, strateji əhəmiyyət kəsb edən, əhalinin sıx və kompakt olduğu yerlərdə nəzarət işləri gücləndirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=42411

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31