Azərbaycanda seyidlər təhqir olundu: “Seyidlər bic doğulanlardır”

03.12.2015 - 15:52
Özlərini Asif Atanın davamçıları kimi adlandıran şəxslər, bu ilin iyun ayında qutsal bayramlarını keçiriblər. Bayramı qeyd etmək üçün toplananlar orada çıxışlar edərək bəşəriyyət, demokratiya ilə bağlı  fərqli fikirlər səsləndiriblər. Tədbir ərəfəsində edilən çıxışlar sırasında bir məqam xüsusi diqqət çəkir. Bu isə onların  seyidlərlə əlaqəli söylədikləri təhqirlərdir.
Tədbirin yay ayında keçirilməsinə baxmayaraq, orada deyilənlər ictimaiyyətin diqqətindən kənarda qalıb.
Musavat.com bu bayram haqqında yazan mediaxeberleri.az adlı saytdan bir neçə məqamları sizə təqdim edir. Çıxış edən Soylu Atalı adlı şəxs demokratiya ilə bağlı aşağıdakıları söyləyib:
“Azərbaycan qızlarından, ərəb əsgərlərindən doğulan uşaqlara seyid deyirlər. Yenə üzr istəyirəm, mən öz xalqımın heysiyyatını təhqir eləmək istəmirəm, seyidlər bic doğulanlardır. Onunla fəxr eləmək olmaz. Ondan utanc hissi keçirmək olar”.
Bundan başqa, çıxışlar zamanı bildirilib:
“Bizim bölgəmizdə “seyid” sözü çox pis anlamda işlənir. Məsələn, biri gəlib o birindən pul istəyir, deyir, mənə beş manat ver, gedim, yemək yeyim. Ona cavab verirlər, seyidlik eləmə, yəni dilənçilik eləmə. Ona görə biri gəlib deyəndə ki, mən seyidəm, hamı təəccüblə baxır. Kişi də özünə seyid deyər? Biz dilənənlərə, onun-bunun hesabına yaşayanlara seyid demişik”.
Məsələ ilə bağlı “Yeni Müsavat” qəzetinin dini eksperti Kənan Rövşənoğlunun fikirlərini aldıq. K.Rövşənoğlu seyidlərin kimlər olduğunu aşağıdakı kimi anlatdı:
“Əvvəlcə ondan başlayaq ki, “seyyid” sözü ərəbcədən gəlir, tərcümədə “Cənab” mənasını verir. İndi də ərəb ölkələrində ehtiram əlaməti olaraq insanlara “seyid” deyə müraciət olunur. Ancaq əcəm, yəni ərəb olmayan ölkələrdə, xüsusən də Mərkəzi Asiyada bu termin geniş yayılıb və bir qayda olaraq Peyğəmbərin (s.ə.s) nəslindən, daha dəqiqi, İmam Əli (ə) və Fatimə Zəhranın (s.ə) övladlarından olanlar bu cür adlanır. Klassik ədəbiyyatda “seyyidlər” Əlinin (ə) oğlu İmam Hüseynin (ə) nəslindən olanlara deyilir; İmam Həsənin (ə) nəslindən olanlar isə “şəriflər” adlanır. 1916-cı ilə qədər Məkkənin hakimi olan sülalə “şəriflər” adlanırdı; hazırda İordaniyanın Haşimlilər kralı məhz “şəriflər”in soyundandır. Hədislərdə onlar Peyğəmbər övladları adlandırılır və bu səbəbdən onlara sədəqə vermək və ya almaları haram buyurulub. Bu səbəbdən də, cəfəri fiqhində kasıb seyidlərin sədəqə almaması üçün xüms vergisinin bir hissəsi məhz onların təminatı üçün ayrılmalıdır. Bu mənada, seyidlər sədəqə deyil, xümsdən pay alıblar. Bu, Peyğəmbərə (s.ə.s) və İmam Əliyə, onun həyat yoldaşına, Peyğəmbər qızı Fatimə Zəhraya (ə) ehtiram əlaməti kimi qəbul olunub”.



Short URL: http://www.cumhuriyyet.net/?p=42783

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31