XƏBƏRDARLIQ! Xəzərdən Bakıya qasırğa gəlir

03.12.2015 - 23:31

rrAxşam saatlarında musavat.com-a həyəcanlı məlumat daxil olub. Məlumatı verən dənizdə gəmiçi işləyən şəxsdir. Adının çəkilməsini istəməyən gəmiçi bildirib ki, hazırda Xəzərdə dəhşətli qasırğa hökm sürür: “Hazırda dənizdə dəhşətli qasırğa var. Dalğalar gəmini atıb-tutur. Gəmi kapitanı bizə bildirib ki, ailələrinizə zəng edib bu barədə məlumat verin. Şiddətli qasırğa paytaxta tərəf gəlir. Şəhərdə də dəhşətli qasırğa gözlənilir.”

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 4-ü üçün qeyri-sabit hava xəbərdarlığı edib. Məlumata görə, Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın arabir yağıntılı olacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində yağışın sulu qara keçəcəyi, günün ikinci yarısında yağıntının tədricən kəsiləcəyi ehtimalı var. Havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=42847

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31