Bu gün “çaşan” deputatın taleyi həll olunur: Milli Məclis üçün sınaq (VİDEO)

04.12.2015 - 00:30

milli məclisMilli Məclisin yeni seçilmiş gənc deputatının Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadə haqqında dediyi sözlər yalnız cəmiyyətdə deyil, həm də deputat həmkarlarının ciddi narazılığı ilə qarşılanıb. Gənc deputatın fikirləri sabah Milli Məclisdə də qaldırılacaq. Yeni deputatın tarixi şəxsiyyətimiz haqqında səsləndirdiyi fikirlər seçildiyi Gəncədə də etirazla qarşılanıb.

ANS TV-nin məlumatına görə, Məhəmməd Əmin Rəsulzadəni təhqir edən deputatın məsələsi sabah Milil Məclisdə müzakirə olunacaq. Bunu Milil Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev mətbuata müsahibəsində bildirib.

O deyib ki, adam nə qədər təhsilsiz, mədəniyyətsiz olmalıdır ki, müstəqil Azərbaycanın ilk sözünü deyən insanı Azərbaycanın düşməni adlandırmalıdır. Ağacan Abiyev deputatı orta məktəb dərsliklərini oxumağa dəvət edib. Və xüsusilə vurğulayıb ki, bu məsələyə parlamentin sabahkı iclasında qiymət veriləcək.

32 yaşlı gənc deputatın mandatının ləğvi də bu arada müzakirə mövzusudur. Artıq sosial şəbəkələrdə prezident İlham Əliyevə müraciət də ünvanlanıb. Müraciətdə deyilir ki, Azərbaycanın şanlı tarixinə iftira atan, Heydər Əliyevin Məhəmməd Əmin Rəsulzadə haqqında dediklərinə, prezident İlham Əliyevin Rəsulzadə haqqında sərəncamına məhəl qoymayan millət vəkil gəncəlilərin və ümumi dövlətin maraqlarına zidd açıqlamalar verməklə Azərbaycan xalqının və dövlətinin etimadını doğrultmayacağını əyani şəkildə sübut elədi.

“Məhəmməd Əmin Rəsulzadəni tanımayan öz keçmişini tanımır”, deyə Gəncə sakini Rəçşid Ağazadə bildirib. Bu gənclər də deputatın öz həmyerliləridir. Onlara toxunan Gənclər təşkilatı sədrinin, balaca deputatın hər kəsin adından danışmasıdır.

Deputat isə fikirlərinin təkzib olunduğunu bildirib. Onun fikrincə, “Yeni Müsavat” qəzeti dediklərini konteksdən çıxarıb. Biz də öz növbəmizdə qəzetin redaktoru Rauf Arifoğlundan deputatın səs yazısını istədik.

Arifoğlu bildirdi ki, məhkəmə məsuliyyəti yaratdığı üçün bunu ancaq məhkəmədə üzə çıxaracaqlar. Nə isə. O zaman uzaq perspektivi, məhkəməni yox, Milli Məclisin sabahkı iclasını gözləyək, görək torbadan nə çıxır? Əminəm ki, torbadan çıxan həm də Rəsulzadənin başı olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=42860

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31