“Türk Hava Yolları”dan Azərbaycan üçün yeni qiymətlər

04.12.2015 - 14:17

thy“Türk Hava Yolları” şirkəti Azərbaycandan təşkil etdiyi uçuşlarda yeni qiymətlər tətbiq edib. Şirkətdən fins.az-a verilən məlumata görə, söhbət Bakı, Gəncə və Naxçıvandan dünyanın müxtəlif şəhərlərinə həyata keçirilən uçuşlardan gedir.

Belə ki, hazırda Bakıdan ABŞ-ın Atlanta şəhərinə uçuşun qiyməti 754 avrodur. Gəncə-Atlanta reysi isə 741 avroya başa gəlir. Biletlər dekabrın 8-dən gələn il mayın 16-a qədər satılacaq. Uçuşlar isə gələn il mayın 16-dan avqustun 31-nə qədər həyata keçiriləcək.

Yeni qiymətlərə əsasən, “Türk Hava Yolları” ilə Gəncə-Brüssel reysi 338 avro, Gəncə-Herson reysi 306 avro, Gəncə-Lvov reysi üzrə 305 avro, Gəncə-Praqa reysi 331 avro, Gəncə-Riqa reysi isə 269 avroyadır.

Gəncədən təşkil ulunan uçuşlara biletlərin satışı dekabrın 2-də başlayır və dekabrın 31-nə qədər davam edəcək. Uçuşlar isə dekabrın 2-dən martın 31-nə qədər həyata keçiriləcək.

“Türk Hava Yolları”nın Naxçıvandan həyata keçirdiyi uçuşlara gəlincə isə, Naxçıvan-Brüssel reysi 228 avro, Naxçıvan-Frankfurt reysi 262 avro, Naxçıvan-Lissabon reysi üzrə 244 avro, Naxçıvan-Praqa reysi üzrə 221 avro, Naxçıvan-Milan reysi 337 avro, Naxçıvan-Atlanta reysi isə 740 avroyadur.

Naxçıvandan təşkil olunan Atlanta reysinə biletlər dekabrın 6-dən gələn il mayın 16-na qədər satılacaq. Uçuşlar isə növbəti il mayın 16-dan avqustun 31-nə qədər davam edəcək. Naxçıvandan həyata keçirilən digər uçuşlara biletlər isə dekabrın 2-dən 31-nə qədər satılacaq. Uçuşlar isə dekabrın 2-dən martın 31-nə qədər təşkil olunacaq.

Qeyd edək ki, qiymətlər gediş-dönüş uçuşlara aiddir. Biletlərin qiymətinə bütün vergi və yığımlar daxildir və rezervasiya edildikdən sonra 3 gün müddətində alınmalıdır. Məntəqədə qalma müddəti minimum 2, maksimum 1 aydır.

Short URL: http://www.cumhuriyyet.net/?p=43003

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31