“Facebook”dan “bomba” kimi YENİLİK

04.12.2015 - 15:45

facebookFacebook artıq Periscope və Meerkat kimi canlı yayım xidmətini təqdim edib.

Xeberler.az xəbər verir ki, istifadə baxımından Periscope və Meerkata olduqca bənzəyən Live Videos xidməti Facebook tətbiqlərində status paylaşım bölməsinin altında sağ tərəfdə olacaq.

Buraya daxil olduqdan sonra kameranızı aktiv edəcək Facebook-da yayımı başlatmaq üçün başlıq yazaraq və dostunuzu işarələyərək Go Live daxil olaraq canlı yayıma başlaya bilərsiniz. Yuxarı bölmədə izləyicilərin sayına baxmaq və kameranı dəyişdirmək kimi imkanlar da olacaq.

Yayımı izləyən istifadəçilər Subscribe, yəni izləmə bölməsinə daxil olaraq istədiyi şəxslərin canlı yayımları başlayan zaman bildiriş alaraq xəbərdar ola biləcəklər.

İlk mərhələdə ABŞ-dakı iPhone istifadəçilərinə bu gündən etibarən təqdim edilən xidmət daha sonra digər platformalı telefonlarda və ölkələrdə də istifadəyə veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=43039

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31