Övladı dərsə getməyən valideynlərin diqqətinə – 100 manat cərimə

04.12.2015 - 16:47

sagird2Azərbaycanda orta məktəblərdə dərs buraxan şagirdlərin valideynləri 100 manat cərimələnəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik bu gün Milli Məclis tərəfindən qəbul edilib.

Yeni dəyişikliyə əsasən, 1 ay ərzində 7 gündən artıq dərs buraxan şagirdin valideyni 100 manat həcmində cərimələnəcək.

Bununla belə, deputat Elmira Axundova məktəblərdə cərimələrin tətbiq edilməsini məqsədəuyğun hesab etməyib: “İlk növbədə, məktəblərdə şagirdlərin dərsləri buraxmasının səbəbləri ilə mübarizə aparmaq lazımdır. Cərimələrin tətbiq edilməsi çoxsaylı mənfi faktlara və məktəblərdə faktiki ticarətə səbəb ola bilər” (“Trend”).

Short URL: http://www.cumhuriyyet.net/?p=43073

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31