Azərbaycanda matəm elan olundu – Neft platformasındakı faciəyə görə

06.12.2015 - 11:07

ilham3“Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğınla bağlı Azərbaycanda matəm elan olunub.

Prezident İlham Əliyevin qərarı ilə baş verən faciə, yaşanan insan itkisinə görə ölkədə bir günlük (6 dekabr) matəmdir.

Mediaya və televiziya kanallarına əyləncəli verilişlərin yayımlanması tövsiyə olunmur.

Qeyd edək ki, SOCAR-ın yaydığı rəsmi məlumata görə, 1 nəfərin öldüyü, 29 nəfərin isə itkin düşdüyü bildirilir. Onların axtarışları davam etsə də, sağ qalma ehtimalları yox dərəcəsindədir.

Hadisə ilə bağlı prezident tərəfindən komissiya yaradılıb. Komissiyanın tərkibində baş nazir başda olmaqla, əlaqədar nazirliklərinin rəhbərləri var. Prezidentin göstərişi ilə ölənlərin ailələrinə konpensasiya veriləcək, yaralıların isə müalicə xərcləri dövlət tərəfindən təmin olunacaq.

Allah rəhmət eləsin!

Short URL: http://www.cumhuriyyet.net/?p=43215

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31