Azərbaycanda iş adamlarının hay-küylü həbsi gözlənilir

07.12.2015 - 10:34

hebsAzərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevdən sonra ona yaxın sahibkarlar da məsuliyyətə cəlb olunacaq. Bu barədə istiqlal.az-a daxil olan məlumatda deyilir ki, yaxın günlərdə həmin sahibkarlar barədə həbs qərarı veriləcək.

Məlumata görə, Cahangir Hacıyevin indi həbsə alınması ona verilən sürənin başa çatması ilə bağlıdır. Bildirilir ki, “kredit qalmaqalı”nın ilk günlərində Cahangir Hacıyev özünə yaxın şəxslərin götürdüyü kreditin geri qaytarılması üçün möhlət istəyib. Bundan sonra Cahangir Hacıyevə yaxın sahibkarlar sərbəst buraxılıb. Bu sırada Metanol zavodunun direktoru Nizami Piriyev, Qlobus MMC-nin rəhbəri, keçmiş deputat Dünyanin Xəlilovun adını çəkmək olar.

Lakin verilən möhlət bitsə də, Cahangir Hacıyev vədinə əməl etməyib. Bu baxımdan da həbs olunub. Bildirilir ki, bankirə yaxın sahibkarlarla yanaşı Beynəlxalq Bankdan kredit götürmüş iş adamlarının da məsuliyyətə cəlb olunmasıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=43281

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31