Azərbaycan əsgəri ehtiyatsızlıqdan ölüb, yoxsa öldürülüb? – MÜƏMMA (VİDEO)

07.12.2015 - 13:03

esger5Tovuz rayonunun Əlibəyli kəndində 5 ay xidmət etmiş Bakı sakini, 20 yaşlı Adil Quliyev hərbi hissədə vəfat edib.

Hərbi hissədən onun ehtiyatsızlıq üzündən öldüyünü bildiriblər. Yaxınları isə əsgərin öldürüldüyünü iddia edir.

Dekabrın 6-da valideynləri Adil Quliyevin cənazəsini Bakıya gətirib. Əsgərin cənazəsi hazırda Təzəpir məscidindədir.

“Azadlıq” radiosunun müxbiri məscidin qarşından xəbər verir ki, Adil Quliyevin yaxınları ilə Yasamal Rayon İcra Hakimiyyəti əməkdaşları arasında mübahisə olub. Əsgərin yaxınları Müdafiə Nazirliyinin onlarla maraqlanmadığını, övladlarının ölümü haqqında düz-əməlli məlumat verilmədiyini deyirlər.

Hələlik ekspert rəyi açıqlanmayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hər hansı açıqlama verilməyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=43357

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31