Ac fəhlələr yenə “Azərinşaat”ın qarşısına toplandı: “Pullarımızı verin!”

07.12.2015 - 13:45

fehle“Azərinşaat” MMC-nin yol tikintisində işləyən və may ayından maaşını ala bilməyən fəhlələri bu gün-dekabrın 7-də  növbəti dəfə şirkətin ofisi qarşısında etiraz aksiyasına toplaşıb.

Aksiyada iştirak edən fəhlələrdən birinin -Hidayət Mərdanovun virtualaz.orgsaytına verdiyi məlumata görə, 50-yə yaxın fəhlə onlara çatacaq əmək haqlarının ödənilməsini tələb edir.

Lakin şirkətdən onlara pulun ödənilməyəcəyini deyiblər: “Bizə dedilər ki, siz qeyri-qanuni işçi olmusunuz. Yəni iddia edirlər ki, biz şirkətin rəsmi işçiləri olmamışıq. Buna görə də əməkhaqqı ödənilmir”.

H.Mərdanov qeyd etdi ki, məvaciblər ödənilməyəcəyinədək aksiya keçiriləcəklər: “Biz Şamaxı, Lənkəran-Astara yolunun çəkilişini həyata keçirmişik. Hamımız fəhləlik etmişik. İndi pulumuzu ala bilmirik, acıq. Tələb edirik ki, pullarımızı versinlər”.

Fəhlələr maaşlar ödənilməyəcəyinədək “Azərinşaat” MMC-nin qarşısından getməyəcəklərini deyiblər.

Bundan əvvəl şirkətin işçilərinin bir qisminin əmək haqqı sifarişçi təşkilat olan “Azəryolservis”dən ödənilmişdi.

Virtualaz.org

Short URL: http://www.cumhuriyyet.net/?p=43374

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31