“Sevimli dad”ın əxlaqsızlığı ilə bağlı – Açıqlama

08.12.2015 - 10:55

dadBiz yalnız SAB şirkətinə halallıqla bağlı zəmanət vermişik. İdarə tərəfindən bu şirkətdən başqa heç bir firmaya halallıq verilməyib.

Bu sözləri Axar.az-a Qafqaz Müsəlmanları İdarəsi mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib.

O, “Sevimli dad” şirkətinə məxsus uşaq sosiskalarının üzərində biabırçı reklam şəkli ilə bağlı bildirib ki, məsələdən xəbərsizdir.

QMİ sözçüsü qeyd edib ki, qeyri-etik reklam fotosu ilə bağlı onlara məlumat daxil olmayıb.

QMİ-nin nümayəndəsi, Məşhədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli faktla bağlı komissiya tərəfindən araşdırma aparılacağını demişdi.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə bildirmişdi ki, şirkətin qeyri-etik şəkil yerləşdirməsi yolverilməz haldır.

Xatırladaq ki, sosiska məhsullarının üz qabığında oğlan uşağının penisi yerinə sosiska qoyulub. Onun yanındakı iki körpə isə sosiskaya heyranlıqla baxır.

Bu fotonun yayılmasından sonra sosial şəbəkələrdə müzakirələr başlanıb və şirkətin bu əxlaqsız reklamına etiraz olunub.

Uşaq sosiskalarının üzərinə reklam üçün belə bir eybəcər şəklin qoyulması, əxlaqsız fikrin təlqin olunması pislənilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=43592

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31