Zənginlərin yaşıllıqları məhv edən villaları: “Milyonerlər məhəlləsi”ndən FOTOLAR

08.12.2015 - 15:09
zmPaytaxt Bakıda bəzi ərazilər var ki, həmin yerlər “milyonerlər məhəlləsi”, “zənginlər məhəlləsi” kimi tanınır. Həmin məhəllələrdə bir-birinə “gözdağı” verən villalar ucalır.
Belə məhəllələrdən biri də Sabunçu rayonundadır. Rayonun Yavər Əliyev küçəsi əsasən zənginlərin məhəlləsi kimi bilinir. Burada dağın ətəyində saysız-hesabsız dəbdəbəli villalar görmək mümkündür.
Musavat.com xəbər verir ki, adını qeyd etdiyimiz küçənin böyük hissəsi, bütün yol kənarları 50-60 illik küknar ağacları ilə örtülü idi. Artıq illər keçdikcə bu ağacların sayı azalmağa başlayıb. Yarım əsrdən çox yaşı olan yaşıllıqları zənginlərin lüks villaları əvəz edir.
Rayonun bu hissəsi artıq uzun illərdir ki, zənginlərin məhəlləsi kimi tanınır. Ev alqı-satqısı ilə məşğul olan saytlarda belə, haqqında danışdığımız ərazi “milyonerlər məhəlləsi” kimi göstərilir.
Məhəllənin Yavər Əliyev küçəsindəki avtomobil yolunun hər iki tərəfi vaxtı ilə küknar ağacları ilə əhatə olunmuşdu. Artıq son 10 ildə demək olar ki, bütün ərazi ağaclardan “təmizlənib”.
İndi küçəboyu villalar sıralanıb. Bəzi yerlərdə nadir küknar ağacları hələ də qalır. Lakin çəkilən hasarlardan görünür ki, onlar da nə zamansa, öz yerlərini hansısa zənginin villasına verəcəklər.
Musavat.com












Short URL: http://www.cumhuriyyet.net/?p=43739

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31