Dənizi hasarlayanlar cəzalandırılacaq – 35 min

08.12.2015 - 16:25

hasarMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, dəyişiklik layihəsi barədə komitə sədri Əli Hüseynli məlumat verib.

Təklif olunan layihəyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 3 min, vəzifəli şəxslər 7 min, hüquqi şəxslər isə 35 min manat miqdarında cərimə olunacaq. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunacaq.

Dəyişiklik layihəsi müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=43770

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31