ŞOK İDDİA: Rövnəq Abdullayevin media qisası – 1000 dollarlıq DDoS hücumu
Məlum olduğu kimi, bir müddətdir cumhuriyyet.az saytında problemlər yaşanır. Maraqlıdır ki, müəyyən bir mövzu ilə araşdırma aparan bir çox saytlar eyni problemləri yaşayıb. Əlimizdə tam əminliklə bir fakt olmadığından konkret iddia ilə çıxış etmirik, amma bu istiqamətdə eyni problemi yaşamış aztoday.az portalının araşdırması diqqətimizi çəkdi. Həmin araşdırmanı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq:
“30-dan çox neftçinin həlak olduğu “Günəşli” yatağının 10-cu özülündə baş vermiş dəhşətli hadisədən 15 gün keçir. Amma nədənsə bu hadisənin günahkarları olan SOCAR rəhbərliyindən kimsə cəzalandırılmayıb. Necə olur ki, əcnəbilərin rəhbərlik etdiyi “bp” şirkəti dənizdə tufan olacağı barədə xəbərdarlıq alan kimi neftçiləri dənizdən 3 gün əvvə təxliyyə edir, ancaq Rövnəq Abdullayevin rəhbərlik etdiyi ARDNŞ platformalarda işləyən neftçilərin taleyi ilə oynayır?
Ümid edirik ki, Baş Prokurorluq bu məqamı araşdıracaq və ən azından səhlənkarlıq edən SOCAR rəhbərliyi barədə tədbirlər görəcək. Ən azından Azərbaycanda davam edən belə məsuliyytsizlik sindromuna son qoyulmasa, hələ bu dəhşətlər görməkdə davam edəcəyik…
Maraqlıdır ki, Dövlət Neft Şirkətində onlarla qohumuna vəzifə verən və yüzlərlə yerlisini və yaxınlarını işə düzəldən SOCAR prezidenti Rövnəq Abdullayevin yarıtmaz fəaliyyəti ilə bağlı xəbər portallarında bir yazı yayılan kimi, həmin saytlara haker hücumu təşkil olunur.
Məsələn, dekabrın 6-da Rövnəq Abdullayevlə bağlı yaydığımız yazıdan (http://www.aztoday.az/news/11083.html) sonra saytımıza qarşı güclu haker hücumu edildi. Mütəxəssislərin DDoS adlandırdığı bu hücum 2 sutka dayanmadan davam etdi. Nəticədə AzToday.az portalı 2 gün fəaliyyət göstərə bilmədi. “Rövnəq Abdullayev həbs olunmalıdır” başlıqlı yazını “Bastainfo” portalı da yerləşdirəndən sonra, həmin saytın rəhbərliyi də sayta haker hücumunun edildiyini bəyan etdi.
Bu günlərdə isə “Cumhuriyyet.az” portalı da oxşar taleyi yaşayıb.
Görünür, indiyə kimi lazımsız məsrəflər etdiyini rəsmən bəyan edən SOCAR rəhbərliyi neftin qiymətinin sürətlə ucuzlaşdığı dövrdə belə xəbər portallarına haker hücumu təşkil etmək üçün xalqın sərvətindən gələn 500-1000 dollar vəsaiti xərcləməyi bilir. İttihamlara doğru-dürüst şəkildə cavablandırmaq və nə qədər böyük səhv edib, heç olmasa istefa vermək əvəzinə müstəqil medianı bu şəkildə “susdurmaq” da heç bir çərçivəyə sığmır… Əgər SOCAR rəhbərliyi düşünürsə, bu yolla müstəqil medianı susdura biləcək, yanılır.
Elmidar ƏLİYEV, AzToday.az
P,S. İT mütəxəssisimiz AzToday.az portalına edilmiş haker hücumunun mənbəyini müəyyən etmək üçün araşdırma apararaq müəyyən etdi ki, saytımıza eyni vaxtda 50-100 min İP-dən giriş təşkil olunub. Server şirkətindən bizə bildirildi ki, dünyanın 50-dən çox ölkəsindən DDOS hücumu təşkil olunub. Hücumun dəqiq hansı ölkədən təşkil olunduğunu müəyyən etmək onların imkanları daxilində deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=46024