ŞOK İDDİA: Rövnəq Abdullayevə bağlı kibercinayət – 1000 dollarlıq DDoS hücumu
Məlum olduğu kimi, bir müddətdir ölkənin bir çox saytlarında problemlər yaşanır. Onu da bildirək ki, cumhuriyyet.az saytında bir aydan artıqdır ki eyni problemlər yaşanıb. Bu gün isə savash.org saytı da eyni çətinliklərlə üzləşib. Maraqlıdır ki, müəyyən bir mövzu ilə araşdırma aparan bir çox saytlar eyni problemləri yaşayıb. Əlimizdə tam əminliklə bir fakt olmadığından konkret iddia ilə çıxış etmirik, amma bu istiqamətdə eyni problemi yaşamış cumhuriyyetşaz və savash.org portallarının birgə araşdırmasını diqqətinizə çatdırırıq.
Maraqlıdır ki, Dövlət Neft Şirkətində onlarla qohumuna vəzifə verən və yüzlərlə yerlisini və yaxınlarını işə düzəldən SOCAR prezidenti Rövnəq Abdullayevin yarıtmaz fəaliyyəti ilə bağlı xəbər portallarında bir yazı yayılan kimi, həmin saytlara haker hücumu təşkil olunur. Məsələn, cumhuriyyet.az və savash.org saytlarında dərc olunan “Rövnəq Abdullayevin varis planı – ŞOK TƏFƏRRÜAT” başlıqlı yazıdan sonra bu saytlara qarşı güclu haker hücumu edildi. Mütəxəssislərin DDoS adlandırdığı bu hücum sutkalarla dayanmadan davam etdi. Nəticədə cumhuriyyet.az saytı 10 gündən artıq fəaliyyət göstərə bilmədi, savash.org saytı isə hazırda da fəaliyyətini bərpa edə bilməyib. Savash.org saytının baş redaktoru Zülfüqar Savaşın dediyinə görə saytda Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə bağlı yazılar onu bərk qıcıqlandırıb: “Elə bu səbəbdən Rövnəq Abdullayev bütün vasitələrdən istifadə edərək saytları bu yolla susdurmaq fikrinə düşüb. Digər bir məlumatda isə vurğulanır ki, R. Abdullayev ölkədə bir neçə sayta bağlanmaq əmri verib. Görünür, Neft Şirkətinin prezidenti ölkədə və ölkə xaricində fəaliyyət göstərən hakerlərdən lazımınca istifadə edir”.
Görünür, indiyə kimi lazımsız məsrəflər etdiyini rəsmən bəyan edən SOCAR rəhbərliyi neftin qiymətinin sürətlə ucuzlaşdığı dövrdə belə xəbər portallarına haker hücumu təşkil etmək üçün xalqın sərvətindən gələn 500-1000 dollar vəsaiti xərcləməyi bilir. İttihamlara doğru-dürüst şəkildə cavablandırmaq və nə qədər böyük səhv edib, heç olmasa istefa vermək əvəzinə müstəqil medianı bu şəkildə “susdurmaq” da heç bir çərçivəyə sığmır… Əgər SOCAR rəhbərliyi düşünürsə, bu yolla müstəqil medianı susdura biləcək, yanılır.
P,S. İT mütəxəssisimiz cumhuriyyet.az portalına edilmiş haker hücumunun mənbəyini müəyyən etmək üçün araşdırma apararaq müəyyən etdi ki, saytımıza eyni vaxtda 50-100 min İP-dən giriş təşkil olunub. Server şirkətindən bizə bildirildi ki, dünyanın 50-dən çox ölkəsindən DDOS hücumu təşkil olunub. Eyni proses hazırda savash.org saytına qarşı da tətbiq edilib. Hücumun dəqiq hansı ölkədən təşkil olunduğunu müəyyən etmək onların imkanları daxilində deyil.
P.P.S. “30-dan çox neftçinin həlak olduğu “Günəşli” yatağının 10-cu özülündə baş vermiş dəhşətli hadisədən 15 gün keçir. Amma nədənsə bu hadisənin günahkarları olan SOCAR rəhbərliyindən kimsə cəzalandırılmayıb. Necə olur ki, əcnəbilərin rəhbərlik etdiyi “bp” şirkəti dənizdə tufan olacağı barədə xəbərdarlıq alan kimi neftçiləri dənizdən 3 gün əvvə təxliyyə edir, ancaq Rövnəq Abdullayevin rəhbərlik etdiyi ARDNŞ platformalarda işləyən neftçilərin taleyi ilə oynayır?
Ümid edirik ki, Baş Prokurorluq bu məqamı araşdıracaq və ən azından səhlənkarlıq edən SOCAR rəhbərliyi barədə tədbirlər görəcək. Ən azından Azərbaycanda davam edən belə məsuliyytsizlik sindromuna son qoyulmasa, hələ bu dəhşətlər görməkdə davam edəcəyik…
Short URL: http://www.cumhuriyyet.net/?p=46030