Bir daha dövriyyəsi qadağan edilən dərmanlar haqda – RƏSMİ AÇIQLAMA

05.01.2016 - 12:22

derman2“Dərmanların dövriyyəsinə qoyulan qadağa dərmanların özlərinə şamil edilmir, konkret seriyadan söhbət gedir”.

Bunu Səhiyyə Nazirliyinin Derman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov Lent.az-a açıqlamasında deyib.

P.Əzizbəyovun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələrində Səhiyyə Nazirliyi tərəfindən 844 seriya nömrəli dərman vasitələrinin dövriyyəsinə qadağa qoyulması ilə bağlıı yayılan informasiyalar doğurdan da ajotaj yaradıb: ” Bununla bağlı bildirmək istəyirdik ki, bu qadağa siyahıda olan dərman vasitələrinə deyil, konkret seriyalara aiddir. Yəni konkret seriyalara qadağa qoyulub, dərman vasitələrinin özlərinə qadağa qoyulmayıb”.

Nazirlik rəsmisi əlavə edib ki, həmin dərman vasitələrinin özləri satışda var və digər seriyalarını əhali rahat şəkildə alıb istifadə edə bilərlər: “Söhbət siyahıda göstərilən konkret seriyadan gedir”.

P,Əzizbəyov 844 seriya nömrəli dərmanların niyə dövriyyədən çıxarılmasına da aydınlıq gətirib: “Dərman vasitələri ölkəyə idxal olunan zaman Səhiyyə Nazirliyi və Dövlət Gömrük Xidmətinin əməkdaşlarının birgə iştirakı ilə bütün dərman vasitələrinin seriyalarından nümunələr götürülür və yoxlanılır. Və yoxlamaların nəticəsinə uyğun olaraq həmin dərman vasitələrinin ölkəyə idxalına icazə verilir. Bəzən yoxlamalar zamanı dərman vasitələrinin hər hansı bir seriyasının nazirlik tərəfindən yoxlanılmadan satışının aparıldığı aşkarlanır və satışdan çıxarılır, nəticə olaraq isə dövriyyəsinə qadağa qoyulur. Amma bu, həmin dərman vasitəsinin satışına qadağa qoymaq demək deyil. Elə olur ki, bir adda dərman vasitəsi 5-10 seriya ilə ölkəyə idxal olunur. Yəni bu o demək deyil ki, həmin dərman vasitəsinə qadağa qoyulub.

Qadağa həmin dərman seriyalarının Səhiyyə Nazirliyinin laboratoriya yoxlamasından keçmədən və nazirliyin icazəsi olmadan satışı ilə bağlı olub”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=47524

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930