Son 10 ildə neçə milyonluq ipoteka krediti verilib? – İpoteka Fondu

05.01.2016 - 16:39

dollar6Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 974 ipoteka krediti verib.

Fonddan bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 729 milyon 687 min 519 manatdan çoxdur.

AİF-in ötən ilin sonlarında yayılan hesabatında bildirilirdi ki, Azərbaycanda ipoteka kreditlərinə görə, daha çox bank və sığorta şirkətlərinin əməkdaşları müraciət edirlər.

Hesabata əsasən, 2015-ci ilin III rübünün yekunları üzrə ipoteka kreditlərinin təqribən 22 faizi onların payına düşüb.

Siyahıda sonrakı yerləri hərbçilər (20,7 faiz), enerji sahəsinin (13,1 faiz) və hüquq-mühafizə orqanları əməkdaşları (9,2 faiz) tuturlar.

Kreditlərin qalan hissəsi rabitə, nəqliyyat, səhiyyə, təhsil, tikinti və digər sahələrin əməkdaşlarının payına düşür.

Bununla yanaşı, vətəndaşlar daha çox (52,9 faiz) ipotekaya qiyməti 30-60 min manat olan mənzillər (2015-ci ilin III rübün sonuna) alırlar.

Hesabata əsasən, əksər hallarda ipoteka obyekti qismində ümumi sahəsi 40-60 kvadratmetr (41,7 faiz) və 60-80 kvadratmetr (30,7 faiz) olan mənzillər olurlar.

AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabrında AİF xətti üzrə 77,2 milyon manat məbləğində kredit verilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən təqribən 1,8 faiz azdır.

AİF ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin martından başlayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=47681

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930