Məlahət Abbasova Röya ilə qalmaqalından danışdı: “Sonuncu dəfə…” – FOTO

13.01.2016 - 12:03

melahetTürkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova sonuncu dəfə Röya ilə bağlı danışıb. Aktrisa Milli.Az-ın əməkdaşı ilə söhbətində mətbuatda yayılan xəbərləri bu cür şərh edib.

“Mən bu mövzu haqqında sonuncu dəfə danışıram. Bundan sonra xahiş edirəm, mənə bu barədə sual verməyin. Onun mənə qarşı olan bu münasibətini cavanlığına buraxıram. Böyüklük qoy yenə də məndə qalsın. Mən Azərbaycana istirahət etməyə, dostlarımla görüşə gəlmişəm. Özünüz də görürsünüz ki, Bakıya gələr-gəlməz bütün sevdiklərimlə, yaxın dostlarımla görüşürəm. Bu mövzu artıq mənim üçün bitmişdir. İnşallah, sabah Türkiyəyə gedirəm və orada yeni bir serialın çəkilişinə, teatrda isə yeni tamaşanın məşqinə başlayıram. Mən işlərimlə tamaşaçıları sevindirmək istəyirəm və bunun üçün daima çalışıram”, – deyə aktrisa bildirib.

Xatırladaq ki, M.Abbasova R.Ayxanın “Bəyaz şou”dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı. Röya isə əvəzində ona “Top kimi” verilişində cavab vermişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=48420

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930