“Texnikabank”ın məsələsi Milli Məclisdə qaldırıldı: “Əhalinin əmanətləri qaytarılmalıdır”

19.01.2016 - 13:58

elmira-axundovaElmira Axundova: “Əhalinin əmanətləri qaytarılmalıdır”

Milli Məclisin iclasında çıxış edən deputat Elmira Axundova bankları ciddi tənqid edib.

Teleqraf.com-un xəbərinə görə, millət vəkili xüsusilə “Texnikabank”ın öz müştərilərini aldatdığını, əmanətlərini qaytarmadığını vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev son müşavirə zamanı iqtisadi blokla bağlı ciddi tapşırıqlar verib:

“Prezident bəyan etdi ki, sosial durum əsas olacaq. Əhali prezidentin bu çıxışını müsbət qarşılayıb. Fikrimcə, bəzi məsələlərə yenidən baxılmalıdır. Bank sisteminə yaradılan inamsızlıq aradan qaldırılmalıdır. Ajiotaja görə bütün məsuliyyəti əhalinin üzərinə atmaq olmaz. Əhali banklara inanırdı. Bəzən evini satıb banka qoyurdu ki, əlavə gəlir əldə etsin. “Texnikabank”da xoşagəlməz proseslər baş verdi. Hətta bu proseslər həbslərin aparılması ilə nəticələndi. Sıravi insanlar bundan ziyan çəkməməlidir. “Texnikabank”da əhalinin əmanətlərini hələ də qaytarmayıblar. Üstəlik, pulun dəyəri əvvəlki illərlə müqayisədə düşüb. Zərərçəkənlərin pulları qaytarılmalıdır”.

Deputat qeyd edib ki, dollar alış-satışı ilə bağlı problemlər var:

“Qara bazarda dollar satırdılar. Mən özüm banka getdim, amma dedilər, dollar yoxdur. Səbəbini soruşanda dedilər ki, Milli Bank məzənnəni elan etsə də, dollar satmayıb. Amma qara bazarda dollar satırdılar. Bundan kim qazandı? Təbii ki, 4-5 nəfər. “Bank of Azərbaycan” bağlanıb. Orada olan əmanətlərin taleyi “Texnikabank”da olan əmanətlərin taleyi kimi olmayacaqmı? Bunlar ciddi məsələlərdir. Buna əncam çəkilməlidir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=49345

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930