Əlillər üçün yeni güzəştlər – Qanun layihəsi

22.01.2016 - 10:34

elillerAzərbaycanda əlillərin vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yeni qanun layihəsi hazırlanır.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib. Onun sözlərinə görə, Azərbaycanda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi üzrə aparılan siyasət geniş hüquqi bazaya malikdir. Ölkəmizdə bu qəbildən olan şəxslər beynəlxalq və yerli qanunvericilik aktlarında təsbit olunmuş bütün hüquq və azadlıqlara malikdirlər. Lakin bu qanunvericilik bazasının təkmilləşdirilməsi üzrə işlər daim aparılır və bu sahədə işlər davam etdirilməlidir. Çünki sosial sahələri əhatə edən qanunvericilik bilavasitə əhali ilə onların yaşayışı və əmək fəaliyyətləri ilə əlaqədar olduğundan bu sahədəki mövcud qanunvericilik aktlarına dəyişikliklər digər sahələrə nisbətən daha çox tələb olunur:

“Bununla bağlı 2016-cı ildə də qanunvericilik prosesi davam edərək ehtiyac olduğu zaman mövcud qanunlara əlavələr və dəyişikliklər ediləcəkdir. Bundan əlavə, Əmək və sosial siyasət komitəsi tərəfindən yeni “Əlillər və əlillərin reabilitasiyası haqqında” Qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Hazırlanacaq qanun layihəsinin əsas mahiyyəti odur ki, ölkədə əlillər və sağlamlıq imkanları məhdud şəxslər üçün güzəştləri artıraq, onlara problem yaradan bütün maneələri aradan götürək, əziyyət verən məsələləri həll edək, sosial şəraitlərini yaxşılaşdıraq”.

Qeyd edək ki, 2015-ci ilin məlumatlarına görə, Azərbaycanda əlillərin ümumi sayı 568149 nəfər təşkil edib. Bunlardan 65482 nəfəri sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlar, 365750 nəfəri əmək stajı olan əlillər, 136917 nəfəri isə iş stajı olmayan əlillərdir. Ötən ilin məlumatlarına görə, ölkədə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sayı ümumi əhalinin 5,9 faizini təşkil edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=50144

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728