Tanınmış müğənni: “Ailəmi dolandırmaq üçün hər işi görərəm”

22.01.2016 - 17:48
elnareÖlkədə yaşanan maddi böhranla əlaqədar toy biznesi zəifləyib. Qazanc yeri əsasən toylar olan sənət adamları isə gəlir əldə edə bilməmələrindən şikayət edirlər. Bəs sənət adamları müğənnilikdən gəlir əldə edə bilməsə, ikinci iş olaraq nə etməyi düşünür?
Musavat.com müğənnilər arasında sorğu keçirib və onlardan böhrandan çıxmaq üçün əlavə iş yerində çalışmaq haqda düşünüb-düşünmədiklərini öyrənib:
Müğənni Rəşad İlyasov böhrandan öncə də bir neçə işlə məşğul olduğunu bildirib: “ Mənim 5-6 dənə gördüyüm işim var. Televiziyada çalışıram. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirmişəm. Uzun müddət rejissor kimi çalışmışam. Təzəlikcə dövlət televiziyasının solisti olaraq fəaliyyətə başlamışam. Orada həm aparıcı, həm də solistəm. Biznesim yoxdur, yeganə gəlir yerim  müğənnilikdir.  Biznesin də öz adamı olmalıdır. Sənət adamı ilə şou-biznes müğənnisi tamam fərqli insanlardır. Başqa işə girməyə tərəddüd edirəm. amma əlavə işlər haqda düşünürəm. Ailə başçısıyam, iki övlad böyüdürəm. Çox istəyərdim ki, Azərbaycanda şou-biznes ancaq toylarla  götürülməsin. Konsertlər olsun. Deyirlər ki, Azərbaycan balaca ölkədir,  müəyyən çətinliklər var. Gürcüstan Azərbaycandan da balacadır, amma orada konsertlər keçirilir. Müğənnilər konsertlərdən qonorar  əldə edir.  Mən konsertdə çıxış edəndə özümü daha yaxşı hiss edirəm. Toyun havası başqadır. Səhnədə olmaq insana zövq verir. Biznesimiz də sənətimizlə bağlı olsun”.
Müğənni Elnarə Xəlilova müəllim kimi fəaliyyət  göstərə biləcəyini deyib:
“Elnarənin bacarmadığı iş yoxdur. Dünyanın sonu da gələndə orada gözəllik axtarıram. Hər vəziyyətdə çıxış yolu tapıram. Ailəmi halal zəhmətimlə saxlaya biləcəyim hər işi görə bilərəm. Ailəmi, uşaqlarımı saxlamaq üçün utanıb görə bilməyəcəyim iş yoxdur.  Bir çox ixtisasım var. Psixoloqam, Azərbaycan-rus-ingilis dillərindən dərs deyə bilərəm, müəlliməyəm. Xanəndə kimi fəaliyyət göstərə bilərəm.  Xarici Dillər Universitetində bizə tibb dərsi deyiblər, diplomum da var. Allah uzaq etsin, müharibə olsa, cəbhədə tibb bacısı kimi işləyə bilərəm.  Hər zaman ikinci variant düşünmüşəm”.
Müğənni Nura Suri şirniyyat sexi və mağazası açmaq haqda düşünür:
“Səhnə gözəlliyi, cavanlığı sevir. Fikrimcə, bir az yaşa dolandan sonra səhnədən getmək lazımdır. Hər insan yaşlaşanda gözəl görünmür. O zaman səhnədən uzaq olsaq, daha hörmətli qalarıq. Səsdir, hər an bata bilər. Akif İslamzadə bizə nümunədir. Çox təəssüf ki, o cür səs batdı.  Müğənnilər ilin 6 ayını işləyir. Qalan 6 ayda isə qazandığını xərcləyir. Bu daimi qazanc yeri deyil. Ona görə də sənətçinin əlavə gəlir yeri olmalıdır. Dünyanın hər yerində sənət adamlarının kafesi, mağazası, oteli var. Hazırda neftin qiyməti ilə bağlı vəziyyət ürəkaçan deyil. Mən də restoran açmaq istəyirdim. Bu arzumu  böhran bitənə qədər təxirə salmışam. Arzumdur ki, şirniyyat evi və sexi açım. Devalvasiyaya görə bu məsələ uzanası oldu”.
Müğənni Leyla Ramazanlı iki ali təhsilinin olduğunu deyir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı, həm də İqtisadiyyat Universitetini bitirib:
“Sözün düzünə qalsa, müğənni olmasaydım, hansı peşə ilə məşğul olacağımı bu günə kimi düşünməmişəm. Ancaq hesab edirəm ki, müğənnilikdə qazanc olmasa, özümə kiçik bir kafe açaram. Sərfəli qiymətə hamının gələ biləcəyi bir yer olmalıdır. Elə bir kafe ki, orada dadlı yeməklər bişirilsin. Kafenin müştəriləri həmin yeməkləri evlərinə də apara bilsinlər”.
Musavat.com




Short URL: http://www.cumhuriyyet.net/?p=50336

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728