Gəncədə iki uşaq anası itkin düşüb

22.01.2016 - 19:40

eliyeva-metanetDaxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, 2 azyaşlı uşaq anası, şəhərin N.Tusi küçəsində yaşayan Əliyeva Mətanət Təvəkkül qızı ötən il dekabrın 28-də evdən gedib və bir daha geri qayıtmayıb.

İtkin düşmüş qadının boyu 1 metr 70 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır. Evdən gedərkən əynində qırımızı gödəkcə, göy rəngli cins şalvar və kofta, başında mavi rəngli hicab, ayağında qara ayaqqabı olub.

Mətanət Əliyevanı görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (050) 891-88-88 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=50372

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728