Azərbaycanlı alim fəhhabi müftisini haqlı saydı: şahmat haramdı

23.01.2016 - 01:17

rrXəbər verildiyi kimi, Səudiyyə Ərəbistanın baş müftüsü Şeyx Əbdüləziz əl-Şeyx şahmatla bağlı fətva verib. Fətva islam dininə uyğun olmadığı, zaman itkisi olduğu və qumara təşfiq etdiyi səbəbiylə şahmatın qadağan edilməsinin vacib olduğunu bildirilib.
Professor Şahlar Əsgərov baş müftinin fətvasına aşağıdakı kimi münasibət bildirib: “Kamilləşən Düşüncə” kitabımda (Bakı, 2013) təklif etdiyim keyfiyyət meyarı ümumi mənafenin şəxsi mənafeyə nisbətini göstərir. Bu nisbət nə qədər böyük olsa, cəmiyyət kamilliyə doğru, nə qədər kiçik olarsa geriyə doğru gedir. Bu konsepsiyadan şahmat oyununa baxsaq, görərik ki, şahmat şəxsi mənafeni inkişaf etdirir. Oyun əqli inkişaf etdirsə də, insanı şəxsi mənafe (eqaistliyə) tərəfə çəkir. Əgər insanlara sual versəniz ki, şahmat yaxşıdır, yoxsa futbol? Şahmatı seçənlər özünüsevən, futbolu seçən cəmiyyəti sevən olmasına şübhə etməyin. Bu deyilənləri Səudiyyə Ərəbstanının baş müftisi Şeyx Əbdüləziz əl-Şeyxin Fətvasının elmi əsası saymaq olar. Çünki, Allah da özünü yox, ictimaiyyəti sevənləri bəyənib”.(turkistan.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=50455

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728