Böhran Namiq Qaraçuxurlunu də vurdu

23.01.2016 - 17:43

namiq-qaracuxurluÖlkədəki iqtisadi böhran meyxanaçı Namiq Qaraçuxurlunun biznesinə təsir edib.Cümhuriyyət.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Star life” verilişinə açıqlamasında deyib:

“Çindəyəm, dincəlirəm. Gələndə bir aylıq qalacağımı düşünmüşdüm. Amma sonra fikirləşdim ki, məsafə uzaqdır, doyunca gəzim. Biznesimlə bağlı müəyyən işlər görmək istəyirdim. O ki, qaldı biznesə, müəyyən işlər görmək istəyirdim. Amma mövcud vəziyyətə görə yarımçıq qalıb. Nə biznes qurmuşdumsa, bağlanmalı olacaq.

Çində dostum yaşayır. Uzun müddətdir dəvət edirdi, indi imkan tapdım. Bura çox xoşuma gəlir. İnsan gəzdikcə yorulur, Bakıya qayıdandan sonra da dincələcəm. Yaradıcılığmı da unutmamışam. “Şəkərim” adlı yeni mahnı hazırlamışam. Sənətdən getməyim mümkün deyil. Az-az görünəcəm, uzağı ayda bir verilişə çıxacam”.

Qeyd edək ki, N.Qaraçuxurlunun ayaqqabı mağazası varıydı.

Short URL: http://www.cumhuriyyet.net/?p=50525

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728