Mirşahin efirə çıxdı və… – “Yaramaz, Nuşirəvan Məhərrəmli, yaramaz”

24.01.2016 - 22:35

rrANS-in ötən həftə ən çox müzakirə olunan “Hesabat” proqramı efirə çıxıb. Verilişi daimi aparıcısı, dünən xəxtəxanaya düşən və bu gün evə buraxılan Mirşahin Ağayev aparıb. Proqrama “Mən yerimdəyəm” deyə başlayan Mirşahin Ağayev bu həftə “Hesabat”ın 1 aylığa bağlanması, daha sonra isə qərarın icrasını dayandıran MTRŞ haqqında sərt ifadələr işlədib. O, bildirib ki, qurum ANS-ə qarşı qərəzlidir, toxunulmazlığa iddia edir.
Teleaparıcı verilişin fəaliyyətinin bərpasına görə prezident İlham Əliyevə minnətdarlıq edib. Mirşahin Ağayev bir daha xatırladıb ki, MTRŞ-ANS qovğasının səbəbi telekanallar üçün ayrılmış vəsaitin hara xərclənməsinin hesabatının verilməsi tələbidir. O, MTRŞ-nı “xəstə qüvvə”, ANS-i və onu dəstəkləyənləri isə “sağlam qüvvə” adlandırıb.
“Hesabat”ın aparıcısı iddia edib ki, ANS-in kütləvi narazılıqları, etirazları sakitləşdirmək səyləri kimlərəsə sərf etməyib və “Heabat”ın bağlanması onların işidir. O, bəzi məmurları “mənəviyyət QKÇP-çiliyi” etməkdə günahlandırıb. Mirşahin Ağayev şəxsən Nuşirəvan Məhərrəmliyə də müraciət edib: “Bir xarici informasiya qurumunda “Hesabat”ın bağlanması barədə xırda bir xəbər də getmədi. Sovet qlafları ilə dövlətimizin imicini tarmar edən, Azərbaycanı bütün dünyada rüsvay etmək istəyənlərin arzuları gözündə qaldı. Heç kim unutmamalıdır ki, bu, hamımızın dövlətidir. Azərbaycanı bütün dünyada biabır etmək isə yaramaz, Nuşirəvan Məhərrəmli, yaramaz”.
Xatırladaq ki, yanvarın 22-də Milli Teleradio Şurası ANS telekanalında yayımlanan, müəllifinin və aparıcısının məşhur telejurnalist Mirşahin Ağayev olduğu “Hesabat” verilişinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
Dünən MTRŞ keçirdiyi mətbuat konfransında bu qərarın ləğv edildiyini açıqlayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=50621

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728