Daha icra hakimiyyətləri qadağa qoya bilməyəcək

25.01.2016 - 11:14

yazarAzərbaycanda “Elm haqqında” qanun layihəsinin yeni hazırlanan variantında elmi fəaliyyətlə məşğul olmaq üçün qoyulan məhdudiyyətlər götürülür. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

“Elm haqqında” qanun layihəsinin bundan əvvəlki variantında elmi fəaliyyətin məhdudlaşdırılması ilə bağlı ayrıca bölmənin olduğunu deyən komitə sədri qeyd edib ki, həmin layihəyə görə, elmi fəaliyyətin bəzi növlərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada məhdudiyyətlər qoyula bilərdi.

Amma İ.Həbibbəyli bu gün elmi fəaliyyətin məhdudlaşdırılmasına ehtiyacın olmadığını deyib: “Həmin bölmə layihədən birdəfəlik çıxarıldı. Çünki elm yaradıçılıq işidir, daha çox müstəqil düşüncə tələb edir”.

İ.Həbibbəyli qeyd edib ki, elmi müəssisələrin 3 il müddətinə akkreditasiyadan keçməsi nəzərdə tutulurdu. Yeni layihədə bu müddətin 5 ilə qaldırılması, eyni zamanda elmi işçilərin təcrübə keçmə müddətinin əhəmiyyətli dərəcədə artırılması təklif edilir.

“Elm haqqında” qanun layihəsinin üzərində 7 ilə yaxın müddət ərzində işlənildiyini və layihənin artıq Milli Məclisdə I oxunuşda qəbul edildiyini xatırladan komitə sədri həmin layihənin müasir dövrün tələbləri baxımından təkmilləşdirilməsini zəruri sayıb.

İ.Həbibbəyli əlavə edib ki, komitə iki aya yaxın müddət ərzində müvafiq dövlət qurumlarının mütəxəssisləri ilə məsləhətləşməklə layihə üzərində yenidən işləyib: “Qanun layihəsinin təkmilləşdirilmiş variantının hazırlanması artıq başa çatmaq üzrədir. Yanvarın sonunadək “Elm haqqında” qanun layihəsinin yeni variantı komitədə müzakirə ediləcək və layihənin II oxunuşda qəbulu məqsədilə Milli Məclisin yaz sessiyasının gündəliyinə daxil edilməsi üçün təqdim ediləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=50773

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728