Məktəb və bağçalar “donuz qripi”nə görə dezinfeksiya olunacaq – ƏMR

25.01.2016 - 12:46

h1n1Rayonlarda virusla bağlı təhlükə aşkarlanan və ağır vəziyyətdə olan xəstələr dərhal Bakıdakı xəstəxanalarda qospitalizə ediləcək

Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov “donuz qripi” ilə əlaqədar əmr imzalayıb. Bu barədə lent.az-a Respublika Taun Əleyhinə Stansiyasının şöbə müdiri Rita İsmayılova bildirib.

Onun sözlərinə görə, yanvarın 19-da imzalanan əmrə əsasən, ölkədəki bütün məktəbəqədər və ümumtəhsil müəssisələrində ciddi dezinfeksiya işlərinin aparılması ilə bağlı tapşırıqlar verilib.

Hazırda ölkə ərazisində “donuz qripi” A( H1N1) virusu ilə bağlı təhlükəli hala rast gəlinmədiyini qeyd edən şöbə müdiri bildirib ki, əmrdə uşaqlar arasında həkim yoxlamalarının aparılması, xəstə uşaqların sağlam uşaqlardan təcrid olunması ilə bağlı göstərişlər verilib.

R. İsmayılovanın sözlərinə görə, əmrə əsasən, “donuz qripi” ilə bağlı Gigiyena və Epidemiologiya mərkəzləri ciddi nəzarət tədbirləri həyata keçirəcəklər. Bütün yoluxucu şöbə, poliklinikaların A( H1N1) virus əleyhinə dərman vasitələri və maskalara təchiz edilməsi, o cümlədən Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasının əlavə testlərlə təmin edilməsi ilə bağlı da göstəriş verilib.

Nazir müavini təcili yardım mərkəzlərinə xüsusi tapşırıq verib ki, rayonlarda “ donuz qripi” ilə bağlı təhlükə aşkarlanan və ağır vəziyyətdə olan xəstələr dərhal Bakıda xüsusi ayrılmış xəstəxanalarda qospitalizə edilsin.

R.İsmayılova qeyd edib ki, tapşırıqlara əsasən, ağır vəziyyətdə olanlar Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna gətiriləcək. Digər xəstələr isə Kliniki Tibbi Mərkəz və 7 nömrəli Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasına yerləşdiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=50850

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728