“Məni ölümlə təhdid edir…” – Qorxmaz Hüseynovun qardaşına şok iddia

25.01.2016 - 13:39

qorxmaz-huseynovFüzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olan, hazırda Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki “Şuşa” şəhərciyində yaşayan Elnur Mənsur oğlu İsmayılov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı prezidentə şikayət məktubu göndərib. 

E.İsmayılov həmin müraciətin elektron versiyasını Arqument.Az-a da göndərib.

Vətəndaş şikayət məktubunda “Azərsu” ASC rəhbərinin qardaşının qanunsuz əməllərindən bəhs edir:

“Hörmətli Cənab Prezident!

Mən əslən Fizuli rayonundanam. Erməni təcəvüzkarlarının torpaqlarımızı qəsb etməsi nəticəsində məcburi köçkün həyat yaşamaq məcburiyyətində qalmışıq. Ali təhsilliyəm. 2005-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Nəqliyyatda Daşınmaların və idarəetmənin təşkili” fakultəsini bitirmişəm. Silahlı Qüvvələr sıralarında  həqiqi hərbi xidmətimi başa vurduqdan sonra – 28.08.2006-cı ildən, 18.07.2007-ci ilədək ixtisaslaşdırılmış Dəniz Neft  Donanma idarəsinin “Zığ yük” rayonunda  mühəndis dispetçer, 18.04.2007-ci ildən 17.09.2007-ci ilədək  bu idarədə mühəndis, 24.09.2007-ci ildən 05.01.2009-cu ilədək ARDNŞ-nin Geofizika  və Geologiya  İdarəsinin “Kəşfiyyat  Geofizika” idarəsində donanma üzrə rəis müavini, 05.01.2009-cu ildən 01.01.2010-cu ilədək ilə həmin idarədə Təchizat və Nəqliyyat üzrə rəis müavini, 01.01.2010-cu  ildən 11.03.2014-cü ilədək isə bu idarənin rəis müavini  vəzifələrində işləmişəm”.

Onun sözlərinə görə, Faiq Hüseynov dövlət əmlakını mənimsəməklə yanaşı, işçilərlə də kobud rəftar edir:

“11.03.2014-cü ildə bu idarənin rəis müavini işləsə də,  sözün əsl mənasında, idarəyə sahiblik edən orada işləyən bütün işçilərdə kobud rəftar edib, onları söyüş və təhqirlərlə alçaltmaqdan həzz alan, özünü ailənin yaxın adamı elan edib qardaşı “Azərsu” ASC-nin sədri Qorxmaz  Hüseynovun vəzifə mövqeyindən sui-istifadə edən Faiq Hüseynovun qəzəbinə tuş gəlib işdən çıxarıldım. Buna səbəb isə Faiq Hüseynovun çirkli, korrupsioner, dövlət əmlakını talamaq kimi əməllərinə göz yummamağım olmuşdur. Belə ki, Faiq Hüseynov Kəşfiyyat Geofizika İdarəsinin Elmi-Tədqiqat Gəmiləri, XDNDİ-nə təhvil verilən zaman  gəmilərin komplektinə daxil olan bir ədəd geofizik qayığı izini itirmək üçün Hövsan qəsəbəsindəki bağ evində rənglətdirmiş, öz adına özəlləşdirib, oğlunun şərəfinə “İlyas” adı altında sənədləşdirmişdir.

Bundan başqa, 1 N-li Dəniz Seysmik  Ekspedisiyası üçün alınmış, dəyəri 1 milyon  manatdan çox olan ARAM  ARİES seysmik  stansiyası təzə adı altında alınsada, idarəyə işlənmiş seysmostansiya gəlmişdir. Avadanlıqların ehtiyat hissələrinin adları ingilis dilindən tərcümə edilərkən  bilərəkdən düzgün  tərcümə edilməyərək, müəyyən  dövrlər üçün eyni avadanlıqlar  böyük fərqli  qiymətlərlə mədaxil edilmişdir. Məsələn, ARAM ARİES Ram  yaddaş qurğusu 2010-cu ilin iyulunda bir ədədi 9432 (doqquz min dörd yüz otuz iki) manata alındığı halda, 2011-ci ilin  noyabrında eyni predmeti 19.350 (on doqquz min üç yüz əlli) manata alınmışdır…”

İsmayılov bildirir ki, Faiq Hüseynov bu işləri kirvəsi Şamil Abdullayevlə birgə həyata keçirir: 

“Bu ehtiyyat hissələri  sifariş verilməmişdən əvvəl Faiq Hüseynov, kirvəsi Şamil Abdullayev, KGİ-nin rəisi Namaz Yusubovun otağına dəfələrlə gələrək onuda bu  avadanlıqlar üçün sifariş verməyə “razı salmağa” çalışmışlar və  sonda buna nail olmuşlar. Həmin avadanlıqlar  alındıqdan sonra Faiq Hüseynovla Namaz Yusubovun  “xüsusi yaxınlığı” başlamışdır. Avadanlıqların alınması həmişə məhz Şamil Abdullayevin  iştirakı və şəxsən  onun tərəfindən həyata keçirilir. İdarənin emal və interpitasiya sahəsi üçün  müxtəlif dövrlərdə, müxtəlif qiymətlərə proqram təminatları  alınmışdır. Həmin proqram təminatlarının heç biri  original olmayıb, heç birinin açarları yoxdur. Bu barədə tərəfimdən idarənin rəisi Vaqif Abdullayevə dəfələrlə məlumat verilsə də, çatışmamazlıqların aradan qaldırılması üçün konkret heç bir addım atılmamışdır. Ümumiyyətlə isə bu işlərə idarədə Saşa adlı  bir nəfər  nəzarət edir.

Digər bir fakt, KGİ-si üçün  alınmış dəyəri 300.000 “üç yüz min” manatdan çox olan “marşfonlar üçün kabel” lərin təyinatı bilinmədiyi və istehsalat işləri üçün  yararsız olduğu məlum olmuşdur. Həmin kabellər  bir neçə il  mərkəzi  anbarda saxlanılmış, sonradan sahənin balansına verilmişdir. İstifadəyə yararsız olan bu kabellərə illərdir ki, amortizasiya  xərci hesablanır. Amortizasiya xərci hesablanan başqa bir yararsız qurğu  “Kompressor Explo 110 MPR” qazma qurğusudur. Bu qurğu “Acıvəli” sahəsində yoxlanarkən KGİ-nin  görəcəyi iş üçün yararsız olduğu aşkarlanmamışdır. Bu barədə mütəxəssislər tərəfindən yerində akt tərtib edilib  rəsmiləşdirilsədə, həmin qurğuda yararsız ola-ola  sahəyə yazılmış və buna kimi bu qurğuya da amortizasiya xərci hesablanır”.

“Müqavilələrin şərtləri kobudcasına pozulur”

“17.08.2011-ci ildə GGİ-nin KGİ-nə daxil olmuş 326 N-li daxili qaimə ilə sənədləşdirilmiş “Proqress T-3” seysmostansiyasının  ehtiyyat hissələrinin ilkin qiymətlərini göstərən  zavod qaiməsi təsadüfən mənim əlimə keçmişdi. Ehtiyyat  hissələrinin idarə üçün alqı-satqısını həyata keçirən  Şamil Abdullayevin göstərdiyi qiymətlərlə zavod qaiməsindəki qiymətlər arasındakı  fərq dəfələrlə yüksək idi.  Faiq Hüseynov  məndən tələb edirdi ki, mən Şamil Abdullayevə  Xəzərdəniz Neft Donanması İdarəsi tərəfindən keçirilən  tenderin udulmasında  ona yardımçı olum. Bu tenderdə 3 ədəd  “ARİYA” tipli qayıq alınmalı idi. Mən bundan imtina etdikdən sonra bildim ki, qayıqlar Türkiyə Cümhuriyyətinin Tuzla şəhərində  düzəldilib, hər birinin  mühərriksiz qiyməti 164.000 manat, mühərrəklərin qiyməti isə 20-21 min avro dəyərində olub, bir qayıq üçün iki ədəd mühərrik nəzərdə tutulmuşdur.

İdarə tərəfindən xarici şirkətlərlə müqavilələr bağlanır. Çox vaxt bu müqavilələrin şərtləri kobudcasına pozulur. Müqavilələrdə 120 nəfər işçinin gəlməsi nəzərdə tutulduğu halda 70-75 nəfər işçi gəlirdi. Müqavilələr işçilərə təqdim olunmur.  Bu barədə GGİ-nin rəhbərliyinə tərəfimdən məlumat verilsədə bir nəticə hasil olmadı.  Idarənin özünün ağır tonnajlı  nəqliyyat vasitələri  olduğu halda, qaldırıcı kranlar və daymanlar əksər hallarda, “İLKİN-N” MMC-dən icarəyə götürülür?! Bu texnikalarda məsul şəxslərin məlumatı olmadan sifariş verilir və şəxsi istifadə üçün qeyri-məlum yerlərə  göndərilir. Bu barədə də tərəfimizdən dəfələrlə GGİ-nin rəhbərliyinə məlumatlar verilmişdir”, – deyə İsmayılov yazır.

“Azərsu” ASC rəhbərinin qardaşının korrupsioner əməllərindən bəhs edən şikayətçi külli miqdarda dövlət əmlakının mənimsənildiyini qeyd edir: 

“Hövsan sahəsində işləyən Rusiya Federasiyasına məxsus “Vasiliç” gəmisi Bakı limanına  gələn vaxt rus şirkəti  tərəfindən gətirilmişdi. Qaytarılma işidə  bu şirkətin öhdəsində olduğu halda iş başa çatdıqdan sonra həmin gəmi XDNDİ-nin “İrgiz” yedək gəmisi vasitəsilə aparılmışdır. Bunun üçün GGİ-nin XDNDİ-nin büdcəsinədn 100.000 (yüz min) manatdan çox vəsait ödənildi. Bu halda da dəfələrlə  müqaviləni tələb etsəmdə müqavilənin nə əsli, nə nüsxəsi, nədə  surəti mənə təqdim edilmədi. Halbuki vəzifə səlahiyyətlərinə görə bu müqavilələri  tələb etmək hüququm var idi. İstifadəyə yararsız olan əmlakı anbarlarda saxlayıb, onlara amartizasiya xərcləri hesablandığı halda, idarənin balansında olan işlək avadanlıqlar və xüsusəndə kabellər  yararsız adı altında  silinərək yenisi alınır.  Konkret fakt kimi göstərə bilərəm ki, Neftçala rayonunun  Qaramanlı  kəndində işləyərkən  100 (yüz) ədəd  işlək  vəziyyətdə olan  seysmik kabel yararsız  adı altında  silinmişdir.  Məndə olan dəqiq məlumatlara görə 2011-2012-2013-cü illərdə  Mədən Geofizika  İdarəsi üçün alınmış cihazların çoxu Faiq Hüseynovun Bakı şəhərində Nargilə kafesinin yaxınlığında yerləşən  sexində yığılır. Bu sexi və bundan başqa bir neçə böyük obyektlərini  Faiq Hüseynov şəxsən özü mənə göstərmişdi.

İdarənin Nəqliyyat Sexindən QAZ-66 avtomobillərinin köşkləri (butekları) Faiq Hüseynovun  sərəncamına əsasən onun üçün aparılan  şəxsi tikinti obyektlərində tikinti sahəsinin  mühafizəçiləri  üçün gözətçi köşkü kimi  istifadə edilmişdir.  İdarədə aparılan ixtisarlar zamanı Faiq Hüseynovun adamları xüsusi “imunitet” qazanırlar. Bu gün idarədəki  işçiərin 80-90 faizi  Faiq Hüseynova sözsüz tabe olan şəxslərdir. Faiq Hüseynov geofiziki materialların satışına da şəxsən özü nəzarət edir. Işlədiyim dövrdə  dəfələrlə geofiziklərin  bu haqda danışdıqlarının  şahidi olmuşam.  Həmdə nə qədər qəribə olsada dəyərindən dəfələrlə ucuz qiymətə  satılır?! Faiq Hüseynovun GGİ-i şəxsi mülki kimi  istifadə etməsini təsdiq edən  faktlardan biri də idarədəki bütün yük və  özüboşaldan  avtomobillərə onun yaxın və uzaq qohumlarının sürücü olaraq işə qəbul edilməsidir. Bunu da o məqsədlə edir ki, bu maşınların şəxsi istifadəsi zamanı problem yaranmasın”.

İsmaylov ölkə başçısına müraciət edərək bu qanunsuzluqların və talançılığın qarşısının alınmasını və pozulmuş hüquqlarının bərpa edilməsini xahiş edir. O həmçinin “Azərsu” rəhbərinin qardaşının onu ölümlə təhdid etdiyini də deyir:

“Cənab Prezident!

Müraciətimin əvvəlində qeyd etdiyim kimi  mən məcburi köçkünəm. Evliyəm. Öhdəmdə iki azyaşlı uşağım var. Uşağımın  biri anadangəlmə ürək qüsurludur. Özüm ali təhsilli mütəxəssisəm. Həyat yoldaşım işləmir, lakin bütün bunların heç biri  Faiq Hüseynovu narahat etməmişdir. Bütün bunlar azmış kimi Faiq Hüseynov  dəfələrlə həm üzbə surət, həm də kənar şəxsər vasitəsilə məni ölümlə hədələyərək susmağımı tələb etmişdir. Lakin məni  öz cinayətkar əməllərinə cəlb edə bilməyəcəyini anlayan Faiq Hüseynov sonda məni ölüm təhdidləri ilə susmağa vadar etməyə çalışır!”

“Tenderləri necə keçirir, mülkləri necə əldə edib…”

“Müraciətimdə  göstərdiklərim Faiq Hüseynovun mən bildiyim, yadımda qalan cinayət əməllərindən yalnız cüzi bir hissəsidir. Bu idarədə araşdırmalar aparılacağı təqdirdə hələ çox qanun pozuntuları aşkarlanacaqdır. Odur ki, göstərdiklərimi nəzərə alaraq ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyat geofizika” idarəsində  iştirakımla araşdırmalar aparılmasına sərəncam verməyinizi sizdən xahiş edirəm. Sonda bir daha qeyd edim ki, yazdıqlarım Faiq Hüseynovun törətdiyi qanunsuzluqların cüzi bir hissəsidir. Yaxın zamanda Faiq Hüseynovun bu illər ərzində əldə etdiyi mülklərin siyahısını, GGİ-də tenderlərin necə keçirilməsini, alınmış malların faktiki qiyməti və şişirdilmiş qiymətlərini və digər qanunsuz əməllərini Sizə təqdim edəcəm”, – İsmayılov bildirir.

P.S Bildiririk ki, bu şikayət məktubu Elnur İsmayılovun ölkə başçısına ünvanladığı rəsmi müraciətdir. Müraciətdə kifayət qədər ciddi ittihamlar və iddialar əksini tapıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=50886

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728