Azərbaycanda universitetlər birləşdirilir
Cümhuriyyət.az “Report”a istinadla bildirir ki, Azərbaycan təhsil nazirinin müavini Cehyun Bayramov müsahibəsində gələcəkdə bəzi ali təhsil müəssisələrinin birləşdirilməsi prosesinin davam etdiriləcəyini istisna etməyib.
C.Bayramov xatırladıb ki, bu proses çərçivəsində ötən il Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji universitetinə birləşdirilib: “Həmçinin, Müəllimlər İnstitutunun bir neçə filialları bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=51249