Bakı – İstanbul aviareysi təxirə salındı
“Türk Hava Yolları” aviaşirkəti yanvarın 26 və 27-si tarixlərinə planlaşdırılan 151 uçuş səfərini ləğv edib.
Virtualaz.org saytı türk aviadaşıyıcısının məlumatına əsasən xəbər verir ki, səfərlər İstanbuldakı əlverişsiz hava şəraiti ilə bağlı təxirə salınıb.
Ləğv olunan səfərlər arasında İstanbuldan Bakıya və əks istiqamətdə səfərlər də var.
Short URL: http://www.cumhuriyyet.net/?p=51284