Azərbaycanda dəhşətli qəza: nişan karvanı yasa çevrildi: 5 ölü, 5 yaralı VİDEO

30.01.2016 - 00:31

rrAğdaş-Mingəçevir yolunda dəhşətli qəza baş verib. Hadisə şahidlərinin olke.az-a verdiyi məlumata görə, Ağdaş-Mingəçevir yolunun 14-cü kilometrliyində baş verən qəzada 5 nəfər ölüb. Belə ki, nişandan qayıdan maşın karvanının önündə hərəkət edən “Dodge” markalı avtomobilin sürücüsü Orucov Zaur Eldar oğlu sərxoş vəziyyətdə avtomobili yüksək sürətlə idarə edərək “Niva” markalı avtomobillə toqquşub.
Bundan sonra arxadan gələn “VAZ-21015” markalı avtomobil də müvazinəti itirərək onlara çırpılıb. Qəza nəticəsində “Niva”da olan 3 şəxs hadisə yerindəcə keçinib. “Dodge” markalı avtomobilin sürücüsü və eyni zamanda bəy olan Orucov Zaur və “VAZ-21015” markalı avtomobildəki sərnişinlərdən biri- Mustafayeva Fərqanə İlham qızı da qəza zamanı vəfat edib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza zamanı 5 nəfərin də yaralanıb və vəziyyətləri olduqca ağırdır. Yaralılar dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=51949

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728