Yazıçı ilə jurnalist arasında İsa Qəmbər “davası”: “Qələmim gözünüzə girir

01.02.2016 - 01:23

rrYazıçı Şərif Ağayar Feysbuk səhifəsində maraqlı status paylaşıb:
“Bir dəfə (ili unutmuşam) mitinq olmalı idi, yağış yağdı, çox zəif şəkildə alındı aksiya. Axşam baxdım, bıy, İsa Qəmbər ANS-in “Nəzər Nöqtəsi”nin qonağıdır. Açığı, düşündüm ki, bu, ağıllı adamdır, mitinq də fakt alınmayıb, efirə nəyə çıxıb? Nə deyəcək?
Sevil Nuriyevanı nağıllardakı kimi altdan geyindirib üstdən qıfılladıb hücuma hazırlamışdılar. Əlində, yalan olmasın, on-on beş qələmi nizə kimi tutmuşdu. Az qalırdı, qonaq bir yana, tamaşaçıların gözünü çıxarsın.
Aparıcı ilə qonaq arasında belə bir dialoq oldu:
– İsa bəy, etiraf edin ki, mitinq baş tutmadı.
– Bəli, hava şəraitinə görə, istədiyimiz kimi alınmadı.
– Bu o demək deyilmi ki, müxalifətin sosial dayaqları zəifdi?
– Sevil xanım, xahiş edirəm, mitinqdə səslənən şüarları təkrar edin.
– İsa bəy…
– Xahiş ediərm…
– İsa bəy, bilirsiniz…
– Xahiş edirəm…
– Çörək! Qarabağ! Azadlıq!
– Sizcə, bunu istəməyən azərbaycanlı var?
– Yox.
– Deməli, bütün xalq bizimlədir, mitinqə gəlib-gəlməmək o qədər də vacib deyil.
Və anladım ki, baş tutmayan aksiya ANS-də baş tutdu…”
Telejurnalist Sevil Nuriyevanın cavabı gecikməyib: “Uzun illər sonra “Nəzər Nöqtəsi”nə və ismimə müraciət etmənizdən dolayı təşəkkür edirəm. Qələmimin sizin gözünüzə girdiyi üçün üzgünəm. Mənim etdiklərimin zərrəsini etməyən kişilərin cəsarətini ayaqda alqışlayıram. Bu arada çalışdığınız saytda İsa bəylə müsahibə niyə yayınlamırsınız? İsa bəy çox maraqlı müsahibdir. Sizi talayıb ordan sizə maaş verənlərinizə mənim etdiyimi edin, görəlim cəsarətin nə olduğunu. Bu statusu bəyənənlərin arasındakı dostlarımın da gözlərinin qələmimlə deşildiyini bu gün anlamış oldum. Ən azı bunun üçün faydalı status oldu”.
Arqument.Az

Short URL: http://www.cumhuriyyet.net/?p=52192

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728