ŞOU HƏFTƏSİ: Aygünün bir yeri, İradənin doğuşu, Doğuşun Xoşqədəmi

01.02.2016 - 01:52

rrDeyir, yenə gəldi yaz ayları, bülbül gülə naz eyləyir. Mən demirəm, qonşumuzdakı aşıq Qulpqoyan Bəyənməzov Aygün Kazımovanın 45 illik yubileyindən çəkilmiş şəkillərə baxa-baxa belə oxuyurdu.
Qulpqoyan dayının yaşı yetmişi keçib, əlli ildən artıqdır ki, dastan deyir, vedrə bağlayır, saz çalır, qulp qoşur, təkər qaraldır, konduktor işləyir. Elə ona görə mən də qonşumun Aygün haqda dediklərini bura yazmıram. Amma öz aramızdı, Aygün ad günündə yaman geyimsizləşmişdi ha. Başa düşürəm, geyinmişdi yazmalıydım. İnanıram ki, siz o şəkillərə baxandan sonra mənim dilimizə gətirdiyim bu “yeniliyə” haqq qazandıracaqsınız.
Söz düşmüşkən, bunu da deyim, ürəyimdə qalmasın. Aygün ad günündən həmin şəkilləri sosial şəbəkədə paylaşandan sonra camaat dedi ki, bəs ayıf döyülmü, xalq artisti də strateji nöqtələrini çöldə qoyarmı?
Aygün də bu kimi şərhləri oxuyan kimi deyib ki, sizin yazdığınız şərhlər mənim bir yerimə. Yəni o strateji nöqtəyə. Tələsməyin, ağlınıza pis şey gətirməyin. Aygün sonra deyib ki, mən bir yerim deyəndə ürəyimi nəzərdə tuturdum. Şəxsən tanımasam da, danışanlardan eşitmişəm ki, yaman bir yeri var Aygünün. Yəni çox ürəkli qadındı. Qarabağda da döyüşüb. Hafiz Hacıyevlə Kazımovanın söz atışması haqda heç nə yazmıram. Çünki sənətçi-siyasətçi atışması qurşaqdan aşağı zərbələr üzərində qurulmuşdu.
İradə İbrahimova beş ildir Azərbaycan səhnəsində demək olar ki, yoxdur. Bir dəfə ərə gedəndə gündəmə gəlmişdi, bir dəfə ilk dəfə doğanda. İndi isə sənətçi bakılılar demişkən, gül vurub. Götürüb doğuş videosunu paylayıb saytlara. Daha doğrusu, bilmirəm, saytlaramı paylayıb, sosial şəbəkədəmi paylaşıb. Amma indi Xoşqədəmin əri Doğuşun da adını yazıb axtarış verəndə İradənin doğmaq videosu çıxır. Bayaq yadımdan çıxdı Qulpqoyan kişinin bir əhvalatını danışmadım. Əhvalat deyəndə ki, o gün eşidirəm arvadına deyir ki, arvad, bir az möhkəm dayan, görək bir uşağımız olurmu?! Arvad da acıqlandı ki, bəs nəvələrindən ayıb deyilmi, bu yaşda uşaq əkmək haqda düşünürsən? Kişi də qayıtdı ki, az yox e, yenilik eləmək istəyirəm. Uşağı əkməyimi çəkib camaata göstərəjəm. Master-klass fason bir şey dana.
Doğuş demişkən, Xoşqədəm deyib ki, jurnalistlər mənim doğmağımdan, hamiləliyimdən yazıb özlərinə reytinq qazanmasınlar. Özlərinə reytinq qazanmaq üçün başqa yol tapsınlar. Məsələn, bir adam tapıb onun olan-olmaz, basma-keçmə həyat əhvalatlarını yazsınlar, çəksinlər, efirə versinlər. Sonra da veriliş açıb adını “Səni tutsam bilirsən də neynəyəcəm” qoysunlar.
Amma axırdakı sözü lap xoşuma gəldi:
“Bəzi içi kin-küdurətlə dolu insanlara isə bircə sözüm var. Allah sizə hidayət etsin”.
Amin deməyən dillər qurusun…
(Müəllif bu yerdə amin demədiyi üçün yazını tamamlaya bilməmişdir – red.)

İntiqam Valehoğlu, Milli.Az

Short URL: http://www.cumhuriyyet.net/?p=52206

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728