Azərbaycanda orta məktəb müəlliməsi qaçırılıb

01.02.2016 - 22:45

rrHadisə Ağcabədi rayonunda baş verib. Rayon sakini 22 yaşlı Ağayeva Fəridə Əsgər qızı işlədiyi məktəbdən evə gedərkən bir qrup gənc tərəfindən avtomobilə məcburi mindirilərək naməlum istiqamətə qaçırılıb.
Qızın qaçırıldığını görən qardaşı müdaxilə etmək istəsə də, naməlum şəxslər ona xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar. Ağayevlər ailəsi dərhal Daxili İşlər Nazirliyinin “102-Qaynar xəttinə” və Ağcabədi Rayon Polis Şöbəsinə məlumat veriblər.
Hazırda rayon Polis Şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Ağcəbədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü (adam oğurluğu) maddələri üzrə cinayət işi başlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=52412

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728