Sürücülərlə DYP arasında mübahisə yaradan məsələlər – qanun nə deyir?

01.02.2016 - 23:47

dyp2Vətədaşlarla yol polisi arasında yol hərəkəti ilə bağlı məsələlər bəzən mübahisələrə səbəb olur. Son dövrlərdə sürücülərin ən çox narazı qaldığı məqamlardan biri inzibati xəta ilə bağlı cəlbetmə müddəti keçdikdən sonra onlardan cərimə tələbi ilə bağlıdır. Belə ki, bəzən sürücülər YPX tərəfindən saxlanaraq, məsələn, 6 ay əvvəl radara düşdükləri deyilir və cəriməni ödəməsi tələb edilir. Sürücülər isə bu barədə onlara heç bir bildiriş verilmədiyini desələr də, tələb qüvvəsində qalır. Bir çox hallarda isə həmin avtobobil birbaşa cərimə meydançasına aparılır və cərimə ödəndikdən sonra buraxılacağı deyilir. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir?
İki ay ərzində protokol tərib olunmazsa, inzibati xətanı törətmiş şəxs məsuliyyətə cəlb edilə bilməz
Vəkil Asif Abdullayev “Bizim Yol”a bildirir ki, qanunvericiliyə əsasən, hər bir qanun pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün konkret müddətlər müəyyən edilib. Yol hərəkəti qaydalarının pozulması ilə bağlı məsuliyyətə cəlb etmək üçün 2 ay müddət müəyyən edilib. “İnzibati xətanın törədildiyi gündən iki ay müddətində, xətanı törətmiş şəxs məsuliyyətə cəlb edilə bilər. Bu müddət başa çatdıqdan sonra, şəxs məsuliyyətə cəlb edilə bilməz. Misal üçün, hansısa yol hərəkəti qaydasını pozan gündən, sürücü iki ay müddətində məsuliyyətə cəlb edilə bilər. Xüsusilə qeyd etmək istəyirəm ki, bu müddət xətanın aşkar edilməsindən deyil, baş verdiyi gündən hesablanır” – deyə vəkil bildirir.
Göründüyü kimi, xəta törədildiyi gündən etibarən sürücünün cərimə edilməsi üçün müəyyən edilmiş iki aylıq müddətin axımı başlanır. Bu müddətin dayandırıldığı hallarda qanunvericiliklə müəyyən edilib. Vəkil vurğulayır ki, yalnız aşağıdakı hallarda müddətin axını dayanır :
– barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin qaçıb gizlənməsi və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yerin müəyyən edilməməsi;
– barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin psixi və ya digər ağır xəstəliyə tutulması;
– inzibati xətanı törədən şəxsin müəyyən olunmaması.
“Hətta icraat dayandırıldığı hallarda belə, xətanın törədilməsindən bir il keçdikdən sonra, iş üzrə icraata xitam verilməlidir. Qanunvericiliyiə əsasən, qayda pozuntusu barədə tərtib edilmiş protokol rəsmi qaydada qayda pozmuş şəxsə təqdim edilməlidir. Hətta həmin şəxsə protokolu və ya qərarı rəsmi qaydada təqdim etmək üçün (başqa yollarla bu mümkün olmasa), onun idarə etdiyi nəqliyyat vasitəsinin dayandırılması barədə qərar qəbul edilə bilər. Nəqliyyat vasitəsi dayandırılır, sənədlər rəsmi qaydada sürücüyə təqdim edilir və daha sonra nəqliyyat vasitəsi hərəkətini davam etdirə bilər. Göründüyü kimi, qanunvericilik yol polisindən tələb edir ki, mütləq qaydada protokol və ya qərar barədə sürücünü xəbərdar etsin.
Əgər qayda pozuntusundan iki ay keçibsə və yol polisi iki aydan sonra həmin şəxsin barəsində cərimə haqqında qərar qəbul edibsə, həmin şəxs məhkəməyə şikayət edərək, qərarın ləğv edilməsini xahiş edə bilər” – deyə Asif Abdullayev bildirir.
Hansı halalrda cəriməyə görə avtomobil saxlana bilər?
Vəkil bildirir ki, cəriməyə görə nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılması, saxlanılması da qanunvericilklə tənzimlənir. Yəni bu hal qanunvericilkdə nəzərdə tutulub. Ancaq bu hal sürücünün tərtib olunmuş protokoldan xəbərdar olduğu halda, cəriməni ödəməməsi zamanı mümkündür.
“Cərimənin qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilməməsi, nəqliyyat vasitəsinin saxlanılması və müvəqqəti duracağa aparılması üçün əsasdır. Belə ki, inzibati xətalar Məcəlləsinin 451.7.-ci maddəsinə əsasən, cərmə barədə qərar qüvvəyə mindiyi gündən iki ay ərzində ödənilmədikdə, şəxsin qayda pozuntusu törədərdək idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilir. Saxlanma qərarını da cərimə qərarını qəbul etmiş şəxs qəbul edir. Bu qərarın icrası ilə bağlı, həmin nəqliyyat vasitəsi saxlanılır və müvəqqəti dayanacağa aparılır. Cərimə ödənildikdən sonra, nəqliyyat vasitəsi həmin duracağdan buraxılır”
Əlavə edək ki, avtomobilin müvəqqəti duracağa aparılmasından sonra sürücü cəriməni ödəyəyərək, avtomobili götürmək istədikdə, bir çox halalrda ondan yüksək məbləğdə saxlama haqqı tələb edilir. “Yol polisinə məxsus müvəqqəti duracağlarda nəqliyyat vasitəsinin bir gün saxlanılmasına görə rəsmi olaraq 30 qəpik ödəməlisiniz. Bu məbləğdən artıq ödənişin tələb edilməsi qanunaziddir. Bu qiymət Azərbaycan Respublikası Tarif Şurasının 08 nömrəli, 12.04.2006-cı il tarixli qərarı ilə müəyyən edilmişdir” – deyə vəkil bildirir.
Hansı hallarda evakuator maşını apara bilər?
Sürücülərin daha çox narazılıq etdiyi digər məqam isə evakuatorlarlarla bağlıdır. Vətəndaşlar bildirirlər ki, bir çox hallarda evakuator avtomobili aparan zaman sürücü gəlib çıxsa da, avtomobili evakuatorla aparılmasının qarşısını almaq mümkün olmur. Vəkil bildirir ki, nəqliyyat vasitəsinin duracağa aparılması üçün qanunvericiliklə bir neçə əsas müəyyən edilib. Təbii ki, ən geniş yayılmış hallardan biri, dayanma və durma qaydalarının pozulması nəticəsində nəqliyyat vasitəsinin evakuator vasitəsi ilə duracağa aparılmasıdır. Bu halda nəqliyyat vasitəsinin duracağa aparılmasına yalnız o halda yol verilir ki, sürücü nəqliyyat vasitəsinin yanında olmasın. Əgər nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda və nəqliyyat vasitəsinin qadağan olunmuş yerdən kənarlaşdıra bildikdə nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir.
Azərbaycan Respublikası Tarif Şurasının 08 nömrəli, 12.04.2006-cı il tarixli qırarına əsasən, nəqliyyat vasitələrinin evakuatorla duracağa aparılması xərci 20 manat təşkil edir” – deyə vəkil bildirdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=52423

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728