Almaniya təşkilatı azərbaycanlı jurnalistlər üçün müsabiqə elan etdi

02.02.2016 - 15:07

gizAlmaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında “Vərəsəlik hüququ: qanunvericilik və təcrübə” mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsini elan edir.

Qaynar.info xəbər verir ki, müsabiqəyə vərəsəlik hüququna həsr olunmuş məqalələr, o cümlədən vərəsəlik hüququnun əsaslarını, qanun və vəsiyyət üzrə vərəsəliyin xüsusiyyətlərini, mirasın əldə edilməsini, habelə digər məsələ və problemləri əhatə edən təhlil xarakterli məqalələr qəbul edilir.

Məqalələrin qiymətləndirilmə meyarları:

– qanunvericiliyə istinad olunaraq onun normalarının tətbiqi zamanı meydana çıxan problemlərin təhlili;

– vərəsəlik hüququ sahəsində problemlərin obyektiv və subyektiv səbəblərinin izah edilməsi, həmçinin onların mümkün həlli yollarının təklif edilməsi, bu zaman xarici təcrübəyə istinad edilməsi;

– yazının vərəsəlik hüququ üzrə qanunvericiliyinin təkmilləşdirilməsinin təmin olunması baxımından əhəmiyyəti;

– yazının peşəkarlıq səviyyəsi (mövzunu mümkün qədər tam əhatə etməsi, sadə dildə yazılması, ekspertlərdən yararlanmaqla müxtəlif yanaşmaların tarazlaşdırılmış şəkildə təsviri, başlığın orijinallığı).

Müsabiqənin qalibləri nüfuzlu ekspertlərdən təşkil edilmiş münsiflər heyəti tərəfindən müəyyən olunacaq.

Qaliblər diplomlar və aşağıdakı məbləğdə pul mükafatları ilə təltif olunacaqlar:

Birinci yer – 500 AZN

İkinci yer – 400 AZN

Üçüncü yer – 300 AZN

Müsabiqənin texniki şərtləri:

1. Jurnalistlər müsabiqəyə 01 Fevral 2016-cı ildən 19 Mart 2016-cı ilədək dövri mətbuatda dərc edilən və ya internet resurslarında yerləşdirilən məqalələri ilə qatıla bilərlər. Bir jurnalist birdən artıq məqalə təqdim edə bilməz. Müsabiqədə iştirak etmək istəyən şəxslər aktiv jurnalistika fəaliyyəti ilə məşğul olmalı və ən azı bir il peşəkar jurnalistika təcrübəsinə malik olmalıdırlar.

2. Müəlliflər məqalənin dərc edildiyi qəzet və ya jurnalın nüsxəsini həmin məqalənin elektron versiyası ilə birgə GIZ-in “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının Bakı bürosuna təqdim etməli və müvafiq ərizə formasını doldurmalıdırlar. İnternetdə yerləşdirilmiş məqalə müəlliflərindən yalnız müvafiq ərizə formasını doldurmaq tələb olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=52585

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728