İki bacının birini boşadı, o birisini aldı – Bakıda

02.02.2016 - 17:15

ddsdBakının Xəzər rayon Məhkəməsində qalmaqallı məhkəmə prosesi başlayıb.

AZXEBER.COM xəbər verir ki, Hüquq müdafiəçisi Məlahət Nəbiyevanın Cebhe.info-ya verdiyi məlumata görə, rayon sakini olan keçmiş ər boşadığı qadının bacısı ilə evlənərək övladının qəyyumluğunu almaq istəyir:

“Belə halla öz təcrübəmdə ilk dəfədir ki, qarşılaşıram. Keçmiş ər boşandığı qadının ana bir, ata ayrı bacısı ilə evlənmək qərarına gəlib. Hazırda bir yerdə yaşayırlar və ailə də kiçik bacını dəstəkləyir. Xüsusilə ana qızının boşandığı əri ilə kiçik qızının evlənməsini istəyir. Ana ikinci evlilikdən olan qızı dəstəkləyib və əvvəlki nikahdan olan qardaş bacısını evdən çıxarıb.

Qadına boşandığı ərini verdiyi aliment də əlindən alınıb. İndi də keçmiş ər qadının uşağını almaq üçün məhkəməyə verib. Qadın övladı ilə bərabər 2 aydır ki, sığınacaqdadır və hər ikisi depressiya vəziyyətinə düşüb”.

Növbəti məhkəmə prosesi fevralın 9-da keçiriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=52619

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728