Məmurlar Bakıdakı milyonluq villalarını satışa çıxardı – FOTOLAR

11.02.2016 - 00:55

1401693896_memurBir ildə iki devalvasiya kasıbların sayını artırdığı kimi, varlıların da yuxusunu ərşə çəkib. Son günlər şəhərin ən müxtəlif ərazilərində bahalı villaların daha çox satışa çıxarılmasının şahidi oluruq. Əvvəllər dəyəri milyonlarla dollar olan villalar indi bəlkə də yarı qiymətinə alıcı tapmır.
“Ucuz villadan qalmadı, ha…”- cəmi 500 min
Cebhe.info əməkdaşı paytaxtın Nərimanov rayonunda yerləşən “Milyonçular” məhəlləsində müşahidələr aparıb. Bir neçə küçədən ibarət olan məhəllədə demək olar ki, bütün villalar satışa çıxarılıb. “Üzərinə” satılır yazılan villaların ən ucuzunun qoyməti 500 min dollardır. Ancaq bu, devalvasiyadan sonrakı qiymətlərdir. Əvvəlki zamanlar üçün bu rəqəm azı bir neçə yüz min baha olub. Ancaq satış elanlarında yazılan nömrələrlə əlaqə cəhdi nəticə verməyib. Telefonlara sadəcə cavab verən yoxdur. Bu isə villa sahiblərinin ölkədə olmaması, yaxud ancaq tanıdıqları telefon zənglərinə cavab verən məşhurlar olduğu qənaətini yaradır.
4 milyonluq villa 2 milyona
Daşınmaz əmlak üzrə ekspert Nüsət İbrahimovun sözlərinə görə, daşınmaz əmlak bazarında yanvar ayına nisbətən fevral ayında azacıq da olsa artım var: “Hətta aktivlik müşahidə edilir. Mənzil bazarında yuvarlar götürsək 1% civarında bahalaşma var. Bu hissediləcək rəqəm sayılmaz. Milyonlarla qiymətə sahib olan villaların son zamanlar satışa çxarılması ilə bağlı aktivlik çox müşahidə edilməsə də, onların satışında ciddi problemin olduğunu deyə bilərik. Bu günə nisbətən əvvəlki vaxtlarda həmin bahalı villaların satışında bir hərəkətlilik var idisə, bu gün artıq stabillikdir. Hətta həmin bahalı villaların qiymətində də iki dəfədən çox da ucuzlaşma müşahidə edilir. Düzdür, o evlər yeni tikilmiş evlər deyil. Təxminən 5 ilin, 10 ilin evləridir ki, hələ də o evlər satılmayıb. Əvvəl 4 milyona satışa çıxarılmış villalar bu gün 2 milyona, 1 milyon 500 minə satışa çıxarılıb. Təbii ki, o qədər imkana sahib olan şəxslər isə artıq demək olar ki, bir neçə evlərə sahibdirlər. Ona görə də həmin şəxslərin yeni evləri almağa tələbatı yoxdur. Yeni ailə qurmuş gənc ailələrin də o qədər maddi imkana sahib olmadığını da qəbul edək. Bununla yanaşı gənc nəsil artıq bəzi yaşlı nəslin nümayəndələrindən fərqli olaraq milyonlarla dəyəri olan villalara meyilli deyillər”.(qaynar.info)

Short URL: http://www.cumhuriyyet.net/?p=53123

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728