Azərbaycanda dərmanların qiyməti 18 faiz ucuzlaşdırıla bilər

12.02.2016 - 12:16

derman“Azərbaycanda dərmanların əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı məsələ hazırda hökumətdə müzakirə olunur. Bununla bağlı qanunun qəbul olunarsa dərmanların qiyməti 18 faiz ucuzlaşacaq”. Report-un məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib.

O xatırladıb ki, bəzi ölkələrdə dərmanlar əlavə dəyər vergisindən azaddır: “Bir çox dövlətlər də var ki, burada müəyyən qədər əlavə dəyər vergisi var. Bütün bunları nəzərə alaraq məsələ ətrafında ictimai müzakirələr aparılır”.

Komitənin sədr müavini onu da qeyd edib ki, Azərbaycanda yerli dərman istehsalı çox vacib məsələdir: “Ölkədə bunun üçün bütün lazımi şərait var. Yəni, yerli istehsal üçün həm təbbi, həm iqtisadi, həm də texnoloji və peşəkar şərait var. Yerli dərman istehsalının təşkil olunması dərmanların maya dəyərinin aşağı düşməsinə səbəb olacaq. Bununla da dərmanların qiyməti daha ucuz olacaq. Dərmanın keyfiyyətinə hökumət birbaşa özü nəzarət edə biləcək”.

Short URL: http://www.cumhuriyyet.net/?p=53357

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728