Əsgərliyə getməyənlər üçün yeni – QADAĞA

14.02.2016 - 23:02

esger6Müddətli həqiqi hərbi xidmətdə çağırışdan boyun qaçıran vətəndaşlar haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsinə başlanılıb. Cumhuriyyet.az AzərTAc-a istinadən xəbər verir ki, bunu fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının dördüncü ildönümü münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında xidmət rəisi, general-leytenant Arzu Rəhimov deyib.
A.Rəhimov bildirib ki, Prezident İlham Əliyevin vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq Sərəncamına və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin müddətli həqiqi hərbi xidmət keçən qulluqçularının komplektləşdirilməsi məqsədilə çağırış yaşına çatmış gənclərin müddətli həqiqi hərbi xidmətə cəlb edilməsi və təyin olunduqları hərbi hissələrə göndərilməsi ötən müddət ərzində tam təmin edilib.
Xidmət tərəfindən çağırış yaşı tamam olan gənclərin çağırışdan yayınmasının qarşısının alınması istiqamətində də zəruri işlər görülüb. Bundan başqa, çağırışdan yayınan şəxslər barədə materiallar toplanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=53550

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728