Azərbaycan ilahiyyatçılarının Quran davası: insanlar cinlə evlənib?

15.02.2016 - 00:05

Elşad Miri: “İnsanların cinlərlə evlənməsi absurd olmaqla yanaşı, İslamın mahiyyətinə, “Qurana” zidd anlayışlardır”

rrŞərqşünas alim, akademik Vasim Məmmədəliyevin aznews.az saytına verdiyi müsahibədə insanların cinlərlə evlənərək çoxaldığını bildirib. O həmçinin deyib ki, Həvva iki-iki doğurmuş – bir oğlan, bir də qız. Birinci qarında olan oğlan, ikinci qarında olan qızla evlənirmiş.
Akademikin bu cür açıqlamalarına eks-spiker Rəsul Quliyevin reaksiyası da maraqlı olub. Belə ki, onun sözlərinə görə Allahın Adəm və Həvvanı yaratması məsələsi əfsanədən başqa bir şey deyil. Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, Quranda bacı qardaş evliliyilə bağlı heç bir ayə yoxdur: “Tamamilə əks fikirlər var ki, bacı qardaş evliliyi deyil, əslində Allah bir çox insanları yaradıb və o insanlardan dünyaya gələnlər olub. Heç kim iddia edə bilməz ki, bizlər bacı qardaşdan doğulmuşuq, sonra isə bu hökm aradan qalxıb. Allah Adəmi seçib. Bunu da «Ali-İmran» surəsinin 33-cü ayəsində Allah bildirir. İkinci bir tərəfdən, heç kim iddia edə bilməz ki, kimsə hansısa cindən doğulub. Cin görünməyən məxluqlara verilən ümumi bir addır. Təsəvvür edin, sabah bir qadın gəlir deyir ki, uşaqla gəlmişəm, amma uşaq cindən doğulub. Bunlar absurd olmaqla yanaşı, İslamın mahiyyətinə, Qurana zidd anlayışlardır. Adəm məsələsinə gəldikdə, Quranda bu haqda bəhs olunur. Tövratda, İncildə də bu var. Ancaq Adəmin xanımı olaraq qeyd olunan Həvva sözü Quranda çəkilmir, ona adı ancaq hədislərdə səslənir. Həmin qaynaqlar eyni mənbədən gəlir, sadəcə olaraq sonrakı dövrlərdə isə müxtəlif qruplar, insanlar bu kimi məsələləri dəyişikliyə məruz qoyublar. Ona görə də indi durub kiminsə nəsə deməyi o demək deyil ki, bu deyilənlər doğrudur”.

Short URL: http://www.cumhuriyyet.net/?p=53562

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728