Eynulla Fətullayev Sabir Rüstəmxanlıdan üzr istəməlidir – ETİRAZ

14.02.2016 - 00:40

rrEynulla Fətullayevin Xalq Şairi, VHP sədri Sabir Rüstəmxanlı haqda fikirləri cəmiyyətdə ciddi etirazla qarşılanıb. Bu dəfə Fətullayevə “Yardımlı Xeyriyyə Cəmiyyəti” tərəfindən sərt müraciət ünvanlanıb. Həmin müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

“Əvvəla Eynulla Fətullayev atası və bəlkə də babası yaşında adamın, iki yüz əlli mindən çox biz Yardımlı əsillilərin fəxr etdiyi insanlardan birinin, Azərbaycanın tarixində özünəməxsus yeri olan, adı və təxəllüsü ilə özü bir zirvəyə dönmüş Sabir Rüstəmxanlının haqqında başından böyük qələt eləməsin.
Bu hərəkəti ilə o, təkcə Sabir Rüstəmxanlının deyil, bizim də qəzəbimizə tuş gəlib.
Bu nadan, anlamalıdir ki, elə insanlar var ki, onların haqqında fikir yürüdəndə nəzakət qaydalarına riayyət olunmalıdır. Ən azı xidmətlərinə, ictimai çəkisinə görə.
Sabir Rüstəmxanlı, Mirmahmud Fəttayev, Fəzail Ibrahimli, Musa Qasımlı- bu ziyalılar biz yardımlıların fəxr yeri, ehtiram ünvanıdır. Necə deyərlər, bu insanları yurdumuzun simvolları kimi qəbul etmişik. Onların hər hansı birinin təhqir olunmasını biz yardımlılara hörmətsizlik kimi dəyərləndiririk.
Sonda biz- ölkəmizdə və ölkəmizdən kənarda yaşayan Yardımlı əsilli soydşlarımızı təmsil edən- bir ictimai təşkilat kimi Eynulla Fətullayevdən tələb edirik ki, səhvini düzəldərək, xalq şairi Sabir Rüstəmxanlıdan üzr istəsin”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=53576

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728